Nikolay Vasilyeviç Nikolski () — çuvaş əsilli rus etnoqrafı, folklorçusu.

Həyatı 1878-ci ildə anadan olmuşdur. Kazan İlahiyyat Akademiyasını bitirmiş və orada çuvaş dilindən dərs vermişdir. 1905-ci ildə Kazan Universitetində nəşr edilən "Arxeologiya, tarix və etnoqrafiya" jurnalının redaksiya heyətinə üzv seçilmişdir. 1915-ci ildə həmin universitetinin dosentliyini, 1928-ci ildə isə professorluğunu qazanmışdır. O, çuvaş dili, tarixi, etnoqrafiyası və folkloru dərslərini vermişdir. N. Nikolski 1909-cu ildə nəşr olunmuş "Russko-cuvasskij slovar'" adlı lüğətin müəllifi kimi tanınmışdır. Daha sonra onun müəllifliyi altında 1919-cu ildə isə "Kratkij cuvassko-russkij slovar'" çapdan çıxmışdır.

İstinadlar

Kateqoriya:SSRİ etnoqrafları Kateqoriya:SSRİ türkoloqları Kateqoriya:SSRİ folklorşünasları Kateqoriya:SSRİ tarixçiləri