Azərbaycan — 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 28 avqust-8 sentyabr tarixlərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında 21 idmançı ilə 6 idman növündə təmsil olundu.

Azərbaycan Milli Paralimpiya Komandası XIV Yay Paralimpiya Oyunlarını 12 medalla (4 qızıl, 5 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Ramin İbrahimov (qızıl), Afaq Sultanova (qızıl) və İlham Zəkiyev (bürünc), üzgüçü Natali Pronina (bir qızıl və dörd gümüş), yüngül atletlər Oleq Panyutin (qızıl), Vladimir Zayets (gümüş) və Hüseyn Həsənov (bürünc), həmçinin Elçin Muradov, Rza Osmanov, Oleq Panyutin və Vladimir Zayetsdən ibarət qrup (bürünc) medala sahib oldu.

XIV Yay Paralimpiya Oyunlarında 4 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 27-ci pillədə, medalların sayına görə isə 30-cu pillədə qərarlaşdı.

Medalçıların siyahısı Azərbaycan Milli Paralimpiya Komandası XIV Yay Paralimpiya Oyunlarını 12 medalla (4 qızıl, 5 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Ramin İbrahimov və Afaq Sultanova, yüngül atlet Oleq Panyutin və üzgüçü Natali Pronina Paralimpiadanın qalib oldu.

Cüdo üzrə Azərbaycan yığması 2 qızıl və 1 bürünc medala sahibi oldu. Üzgüçülərdən ibarət yığma 1 qızıl və 4 gümüş medalla, yüngül atletlərdən ibarət yığma isə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla turniri başa vurdu.

Beş medala sahib olan üzgüçü Natali Pronina, bir Paralimpiada birdən çox medala sahib olan birinci Azərbaycan idmançısı oldu.

MedalMedalçıİdman növüYarışTarix25x25pxRamin İbrahimovCüdoKişilər, -60 Kq.30 avqust25x25pxAfaq SultanovaCüdoQadınlar, -57 Kq.31 avqust25x25pxOleq PanyutinYüngül atletikaKişilər, üçtəkanla tullanma, T128 sentyabr25x25pxNatali ProninaÜzgüçülükQadınlar, 100 m., brass, SB128 sentyabr25x25pxNatali ProninaÜzgüçülükQadınlar, 200 m., fərdi kompleks, SM123 sentyabr25x25pxNatali ProninaÜzgüçülükQadınlar, 100 m., sərbəst, S124 sentyabr25x25pxNatali ProninaÜzgüçülükQadınlar, 100 m., arxasıüstə, S125 sentyabr25x25pxNatali ProninaÜzgüçülükQadınlar, 50 m., sərbəst, S127 sentyabr25x25pxVladimir ZayetsYüngül atletikaKişilər, üçtəkanla tullanma, T128 sentyabr25x25pxİlham ZəkiyevCüdoKişilər, +100 Kq.1 sentyabr25x25pxHüseyn HəsənovYüngül atletikaKişilər, uzunluğa tullanma, F453 sentyabr25x25pxElçin Muradov Rza Osmanov Oleq Panyutin Vladimir ZayetsYüngül atletikaKişilər, 4x100 m., estafet, T115 sentyabr

İdman növləri üzrə medal sıralanması #İdman növü18x18px18x18px18x18px1.Cüdo2012.Üzgüçülük1403.Yüngül atletika112

İdmançılar üzrə medal sıralanması #İdmançı18x18px18x18px18x18px1.Natali Pronina1402.Oleq Panyutin1013.Vladimir Zayets011

Komandanın yolasalma mərasimi 2012-ci il iyulun 3-də Birləşmiş Krallıqın London şəhərində baş tutacaq XXX Yay Olimpiya Oyunları və XIV Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan yığmasının rəsmi yolasalma mərasimi baş tutdu. Mərasimə Azərbaycan Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qatıldı.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov, sərbəst güləş üzrə Azərbaycan yığmasının məşqçisi Firdovsi Umudov, boks üzrə Azərbaycan yığmasının üzvü Vətən Hüseynli və para-atlet Hüseyn Həsənov çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin 4 iyul 2012-ci il tarixli Sərəncamına əsasən Birləşmiş Krallıqn London şəhərində baş tutacaq XIV Yay Paralimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatı müəyyən edildi. Sərəncama əsasən, Paralimpiada da qızıl medal qazanan idmançıya 200 000 ₼ (onun məşqçisinə 100 000 ₼), gümüş medal qazanan idmançıya 100 000 ₼ (onun məşqçisinə 50 000 ₼), bürünc medal qazanan idmançıya 50 000 ₼ (onun məşqçisinə isə 25 000 ₼) məbləğində pul mükafatı müəyyən edildi.

Komandanın heyəti thumb|328x328px|alt=|Azərbaycan Milli Paralimpiya Komandası XIV Yay Paralimpiya Oyunları zamanı Azərbaycan XIV Yay Paralimpiya Oyunlarında 6 idman növü üzrə 21 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Paralimpiya Oyunlarında ən çox idmançı ilə təmsil olunduğu turnir oldu. Bundan əvvəl Azərbaycan 2008-ci ildə Pekin şəhərində (Çin) baş tutan Paralimpiya Oyunlarında 18 idmançı ilə təmsil olundu. Komandanın heyətində 21 idmançıdan 5-i qadın idi. Bundan əvvəl 2000, 2004 və 2008-ci illərdə baş tutan turnirdə Azərbaycanı təmsil edən yeganə qadın idmançı atıcı Yelena Taranova idi.

Azərbaycan yığmasının heyətində ən çox yüngül atletlər — 8 nəfər və cüdoçular — 7 nəfər yer aldı.

Komandanın heyətində 21 idmançıdan 9 nəfəri Paralimpiya Oyunlarının debütantı idi. Paralimpiada təcrübəsi olan 12 idmançıdan 2 nəfəri isə bundan əvvəl turnirdə qızıl medallara da sahib olmuşdu — Paralimpiadanın qalibləri Oleq Panyutin (yüngül atlet) və İlham Zəkiyev (cüdoçu).

Komandanın heyətində milliləşdirilən idmançılar yox idi. Komandanın ən gənc üzvü 22 yaşlı yüngül atlet Elçin Muradov, ən yaşlı üzvü isə 51 yaşlı atıcı Yelena Taranova oldu.

Azərbaycan bayrağını XIV Yay Paralimpiya Oyunlarının açılış mərasimində 2004 və 2008-ci illlərdə Paralimpiadanın qalibi olan cüdoçu İlham Zəkiyev apardı.

Azərbaycan Milli Paralimpiya Komandasının heyəti

Nəticələri Atıcılıq

Q — növbəti mərhələyə adladı DNS — mübarizə aparmadı XIV Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirlər 30 avqust-6 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 2 idmançı təmsil etdi: Əkbər Muradov və Yelena Taranova.

Kişilərin 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə aparan Əkbər Muradov təsnifat mərhələsində 554 xal topladı və mərhələni 20-ci pillədə başa vurdu. Bu nəticəyə əsasən Muradov final mərhələsinə vəsiqə qazana bilmədi. Qadınların 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə aparan Yelena Taranova isə təsnifat mərhələsində 372 xal topladı və mərhələnini beşinci pillədə başa vurdu. Bu nəticəyə əsasən Taranova final mərhələsinə adladı. Final mərhələsində isə Yelena Taranova 465.8 xal topladı və turnirdə yeddinci pillənini sahibi oldu.

25 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində Əkbər Muradov 548 xalla 16-cı pillənin sahibi oldu, Yelena Taranova isə turnirdə mübarizə aparmadı.

50 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində isə Əkbər Muradov 515 xalla 18-ci, Yelena Taranova isə 512 xalla 20-ci pillənin sahibi oldu. Bu nəticələrə əsasən nə Muradov, nə də Taranova final mərhələsinə vəsiqə qazana bilmədi.

İdmançıYarışTəsnifat mərhələsiFinalYerNəticəYerKişilərƏkbər Muradov10 m., hava tapança, SH155420N/A25 m., tapança, SH154816N/A50 m., tapança, SH151518N/AQadınlarYelena Taranova10 m., hava tapança, SH13725 Q465.8725 m., tapança, SH1DNSN/A50 m., tapança, SH151220N/A

Cüdo

Qəl. — qalib gəldi Məğ. — məğlub oldu

thumb|300x300px|alt=|Ramin İbrahimov (soldan üçüncü) London Paralimpiadasının qızıl medalına sahib olan zaman XIV Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə turnirlər 30 avqust-1 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 7 idmançı təmsil etdi: Ramin İbrahimov, Bayram Mustafayev, Rövşən Səfərov, Tofiq Məmmədov, Kərim Sərdarov, İlham Zəkiyev və Afaq Sultanova.

Avqustun 30-də Ramin İbrahimov (-60 Kq.) və Bayram Mustafayev (-66 Kq.) mübarizə apardı. 2008-ci ildə baş tutan Paralimpiya Oyunlarında bürünc medalına sahib olan Ramin İbrahimov, Paralimpiadanın 1/8 final mərhələsi çərçivəsində Cənubi Koreya nümayəndəsi Min-Ya Li ilə üz-üzə gəldi və rəqibinə ipponla qalib gəldi. 1/4 final mərhələsi çərçivəsində isə Ramin İbrahimov Fransa nümayəndəsi Kevin Villemont ilə üz-üzə gəldi. Kevin Villemont ilə görüşdə Ramin İbrahimov rəqibinə vaza-ari ilə qalib gəldi və Paralimpadanın yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Yaponiya təmsilçisi Tahaahi Hirai ilə üz-üzə gəldi. Həmin görüşdə Ramin İbrahimov növbəti dəfə rəqibinə vaza-ari ilə qalib gəldi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Çin nümayəndəsi Li Xiaodonq oldu. Final görüşündə Ramin İbrahimov rəqibinə ipponla qalib gəldi və XIV Yay Paralimpiya Oyunlarının qalibi oldu.

Bayram Mustafayev isə 1/8 final mərhələsində Rusiya nümayəndəsi Victor Rudenho üzərində qələbə qazansa da, 1/4 final mərhələsində Çin cüdoçusu Xu Jaoya məğlub oldu. Xu Jao final görüşünə vəsiqə qazandığı üçün Bayram Mustafayev təsəlliverici qrupda mübarizə apardı. Bu mərhələnin birinci görüşündə Bayram Mustafayev Əlcəzair nümayəndəsi Sid Əli Lamriya məğlub oldu və London Paralimpiadasını yeddinci pillədə başa vurdu.

thumb|300x300px|alt=|Afaq Sultanova London Paralimpiadasının qızıl medalına sahib olan zaman Avqustun 31-də Rövşən Səfərov (-81 Kq.) və Afaq Sultanova (-57 Kq.) mübarizə apardı. Rövşən Səfərov turnirin 1/8 final mərhələsində 2000 və 2008-ci illərdə Paralimpiadaların qalibi olan Kuba nümayəndəsi İsao Kruz Alonso ilə üz-üzə gəldi. Təcrübəli və titullu rəqibinə məğlub olan Rövşən Səfərov, London Paralimpiadasını onuncu pillədə başa vurdu.

Qadınların turnirində mübarizə aparan Afaq Sultanova isə Azərbaycanın Paralimpiya Oyunları tarixində turnirdə debüt edən birinci qadın cüdoçu oldu. Paralimpiadanın 1/4 final mərhələsində Afaq Sultanova Fransa nümayəndəsi Marin Kadu ilə üz-üzə gəldi. Həmin görüşdə Afaq Sultanova rəqibinə ipponla qalib gəldi və turnirin yarım-final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə onun rəqibi Türkiyə cüdoçusu Duyğu Çete oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün əsas hissəsində qalib tərəf müəyyənləşmədi. Qızıl xal uğrunda hissədə isə Afaq Sultanova rəqibinə qalib gəldi və Paralimpiadanın final görüşünə adladı. Həlledici görüşdə onun rəqibi Braziliya nümayəndəsi Lusia da Silva Teixeyra oldu. Həmin görüşdə Afaq Sultanova rəqibinə ipponla qalib gəldi və London Paralimpiadasının qızıl medalına sahib oldu. Bununla Afaq Sultanova həm də Azərbaycanın Paralimpiya Oyunları tarixində qızıl medala sahib olan birinci qadın idmançı oldu.

Sentyabrın 1-də isə daha üç cüdoçu — Tofiq Məmmədov (-90 Kq.), Kərim Sərdarov (-100 Kq.) və İlham Zəkiyev (+100 Kq.) mübarizə apardı. Tofiq Məmmədov turnirin 1/8 final mərhələsində Braziliya nümayəndəsi Roberto Santos ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu. Nəticədə Tofiq Məmmədov Paralimpiadanı onuncu pillədə başa vurdu.

Kərim Sərdarov da London Paralimpiadasında uğurlu mübarizə apara bilmədi. 1/8 final mərhələsindəcə Almaniya cüdoçusu Oliver Upmana ipponla məğlub olan Kərim Sərdarov, London Paralimpiadasında onuncu pillənin sahibi oldu.

Cüdo üzrə Azərbaycan yığmasının əsas medal ümidlərindən biri 2004 və 2008-ci illərdə Paralimpiya Oyunlarının qalibi olan İlham Zəkiyev idi. İlham Zəkiyev turnirin 1/8 final mərhələsində Rusiya nümayəndəsi Heydər Heydərov ilə üz-üzə gəldi. Həmin görüşdə təcrübəli və titullu İlham Zəkiyev rəqibinə ipponla qalib gəldi və Paralimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Yaponiya cüdoçusu Kento Masahi oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İlham Zəkiyev rəqibinə ipponla məğlub oldu. Kento Masahi turnirin final görüşünə vəsiqə qazandığına görə İlham Zəkiyev təsəlliverici qrupda mübarizə apardı. Bu mərhələnin birinci görüşündə onun rəqibi Kanada nümayəndəsi Toni Valbi oldu. Həmin görüşdə İlham Zəkiyev rəqibinə ipponla qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Braziliya cüdoçusu Villians Silva oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İlham Zəkiyev rəqibinə vaza-ari fəndi ilə qalib gəldi və London Paralimpiadasının bürünc medalına sahib oldu.

Ümumi nəticədə cüdo üzrə Azərbaycan yığması London Paralimpiadasını 2 qızıl və 1 bürünc medalla başa vurdu. Medalların əyarına görə Azərbaycan cüdoçuları qeyri-rəsmi medal sıralanmasında üçüncü pillədə qərarlaşdı.