Azərbaycan — 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XIII Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 6-18 sentyabr tarixlərində baş tutan XIII Yay Paralimpiya Oyunlarında 18 idmançı ilə 4 idman növündə təmsil olundu.
Azərbaycan Milli Paralimpiya Komandası XIII Yay Paralimpiya Oyunlarını 10 medalla (2 qızıl, 3 gümüş və 5 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular İlham Zəkiyev (qızıl), Tofiq Məmmədov (gümüş), Kərim Sərdarov (gümüş) və Ramin İbrahimov (bürünc), yüngül atletlər Oloxan Musayev (qızıl), Zeynəddin Bilalov (gümüş), Vladimir Zayets (bürünc), Oleq Panyutin (bürünc), Rza Osmanov (bürünc) və Vüqar Mehdiyev (bürünc) medala sahib oldu.
XIII Yay Paralimpiya Oyunlarında 2 qızıl, 3 gümüş və 5 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 37-ci pillədə, medalların sayına görə isə 31-ci pillədə qərarlaşdı.
Medalçıların siyahısı Azərbaycan Milli Paralimpiya Komandası XIII Yay Paralimpiya Oyunlarını 10 medalla (2 qızıl, 3 gümüş və 5 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçu İlham Zəkiyev və yüngül atlet Oloxan Musayev Paralimpiadanın qalib oldu.
Cüdo üzrə Azərbaycan yığması 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahibi oldu. Yüngül atletlərdən ibarət yığma isə 1 qızıl, 1 gümüş və 4 bürünc medalla turniri başa vurdu.
Qızıl medala sahib olan cüdoçu İlham Zəkiyev, 2 dəfə Paralimpiadanın qalibi olan birinci Azərbaycan idmançısı oldu.
MedalMedalçıİdman növüYarışTarix25x25pxİlham Zəkiyev28x28px CüdoKişilər, +100 Kq.9 sentyabr25x25pxOloxan Musayev30x30px Yüngül atletikaKişilər, nüvə itələmə, F55/F5615 sentyabr25x25pxTofiq Məmmədov28x28px CüdoKişilər, -90 Kq.9 sentyabr25x25pxKərim Sərdarov28x28px CüdoKişilər, -100 Kq.9 sentyabr25x25pxZeynəddin Bilalov30x30px Yüngül atletikaKişilər, üçtəkanla tullanma, T1112 sentyabr25x25pxRamin İbrahimov30x30px CüdoKişilər, -60 Kq.7 sentyabr25x25pxVladimir Zayets30x30px Yüngül atletikaKişilər, üçtəkanla tullanma, T128 sentyabr25x25pxOleq Panyutin30x30px Yüngül atletikaKişilər, uzunluğa tullanma, T1213 sentyabr25x25pxRza Osmanov30x30px Yüngül atletikaKişilər, 400 m., T1213 sentyabr27x27pxVüqar Mehdiyev30x30px Yüngül atletikaKişilər, 200 m., T1316 sentyabr
İdman növləri üzrə medal sıralanması #İdman növü18x18px18x18px18x18px1.18x18px Cüdo1212.18x18px Yüngül atletika114
Komandanın yolasalma mərasimi 2008-ci il iyulun 30-da Çində baş tutacaq XXIX Yay Olimpiya Oyunları və XIII Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan yığmasının rəsmi yolasalma mərasimi baş tutdu. Mərasimə Azərbaycan Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qatıldı.
Azərbaycan Prezidenti İlham Əliyevin 30 avqust 2008-ci il tarixli Sərəncamına əsasən Çində baş tutacaq XIII Yay Paralimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatı müəyyən edildi. Sərəncama əsasən, Paralimpiada da qızıl medal qazanan idmançıya 200 000 ₼ (onun məşqçisinə 100 000 ₼), gümüş medal qazanan idmançıya 100 000 ₼ (onun məşqçisinə 50 000 ₼), bürünc medal qazanan idmançıya 50 000 ₼ (onun məşqçisinə isə 25 000 ₼) məbləğində pul mükafatı müəyyən edildi.
Komandanın heyəti Azərbaycan XIII Yay Paralimpiya Oyunlarında 4 idman növü üzrə 18 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Paralimpiya Oyunlarında ən çox idmançı ilə təmsil olunduğu turnir oldu. Bundan əvvəl Azərbaycan 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan Paralimpiya Oyunlarında 9 idmançı ilə təmsil olundu. Komandanın heyətində 18 idmançıdan biri — Yelena Taranova qadın idi. Bundan əvvəl 2000 və 2004-cü illərdə baş tutan turnirdə Azərbaycanı təmsil edən yeganə qadın idmançı da məhz atıcı Yelena Taranova idi.
Azərbaycan yığmasının heyətində ən çox yüngül atletlər və cüdoçular yer aldı — 7 nəfər.
Komandanın heyətində 18 idmançıdan 13 nəfəri Paralimpiya Oyunlarının debütantı idi. Paralimpiada təcrübəsi olan 5 idmançıdan 2 nəfəri isə bundan əvvəl turnirdə qızıl medallara da sahib olmuşdu — Paralimpiadanın qalibləri Oleq Panyutin (yüngül atlet) və İlham Zəkiyev (cüdoçu).
Komandanın heyətində milliləşdirilən idmançılar yox idi. Komandanın ən gənc üzvü 18 yaşlı yüngül atlet Elçin Muradov, ən yaşlı üzvü isə 47 yaşlı atıcı Yelena Taranova oldu.
Azərbaycan bayrağını XIII Yay Paralimpiya Oyunlarının açılış mərasimində 2004-cü ildə Paralimpiadanın qalibi olan cüdoçu İlham Zəkiyev apardı.
Azərbaycan Milli Paralimpiya Komandasının heyəti
Nəticələri 35x35px Atıcılıq
Q — növbəti mərhələyə adladı
XIII Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirlər 7-12 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı təmsil etdi: Yelena Taranova.
Sentyabrın 8-də Yelena Taranova XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirinin təsnifat mərhələsində Yelena Taranova 364 xal topladı və mərhələni 17 idmançı sırasında 8-ci pillədə başa vurdu. Bu nəticəyə əsasən Taranova final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində isə Yelena Taranova 460.1 xal topladı və Paralimpiadanı altıncı pillədə başa vurdu.
Digər turnirlərdə də Yelena Taranova medala sahib ola bilmmədi. Yelena Taranova 25 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində 526 xal topladı və mərhələni 25-ci pillədə, 50 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində isə 516 topladı və mərhələni 16-cı pillədə başa vurdu. Bu nəticələrə əsasən Yelena Taranova XIII Yay Paralimpiya Oyunlarını medalsız başa vurdu.
İdmançıYarışTəsnifat mərhələsiFinalYerNəticəYerQadınlarYelena Taranova10 m., hava tapançası SH13648 Q460.1625 m., tapançası SH152625N/A50 m., tapançası SH151616N/A
35x35px Cüdo
Qəl. — qalib gəldi Məğ. — məğlub oldu
thumb|334x334px|alt=|Tofiq Məmmədov (ağ geyimdə) Paralimpiadada mübarizə aparan zaman XIII Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə turnirlər 7-9 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə yeddi idmançı təmsil etdi: 2004-cü il Afina Paralimpiadasının qalibi İlham Zəkiyev, Dünya Çempionatının qalibi Ramin İbrahimov, Avropa Çempionatının qalibi Tofiq Məmmədov, həmçinin Kərim Sərdarov, İlkin Alışov, Ramin Əliyev və Natiq Novruzzadə. Cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Əhməddin Rəcəbli, məşqçiləri isə İbrahim İbrahimov və Tərlan Rəcəbov idi.
Sentyabrın 7-də XIII Yay Paralimpiya Oyunlarında Ramin İbrahimov (-60 Kq.) və İlkin Alışov (-66 Kq.) mübarizə apardı. 2007-ci ildə Dünya Çempionatının qalibi olan Ramin İbrahimov, Paralimpiadanın 1/8 final mərhələsində Ukrayna cüdoçusu İqor Zasyadhoviç ilə üz-üzə gəldi. Həmin görüşdə Ramin İbrahimov rəqibinə ipponla qalib gəldi və turnirin 1/4 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə Ramin İbrahimov Rusiya nümayəndəsi Səid Şahmanov ilə üz-üzə gəldi. Həmin görüşdə də Ramin İbrahimov rəqibi üzərində ipponla qələbə qazandı. Bununla da Ramin İbrahimov turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Əlcəzair cüdoçusu Mövlud Noura oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ramin İbrahimov bu səfər rəqibinə özü ipponla məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi. Həmin görüşdə Ramin İbrahimov Birləşmiş Krallıq nümayəndəsi Ben Quilter ilə üz-üzə gəldi. Həmin görüşdə Ramin İbrahimov rəqibinə ipponla qalib gəldi və XIII Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.
İlkin Alışov isə 1/8 final mərhələsində Braziliya nümayəndəsi Eduardo Amaral ilə üz-üzə gəldi. Həmin görüşdə İlkin Alışov şido cərimə ballarının hesabına rəqibi üzərində qələbə qazandı və 1/4 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə İlkin Alışov Əlcəzair cüdoçusu Sidali Lamri ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu. Sidali Lamri final görüşünə vəsiqə qazandığına görə İlkin Alışov təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə İlkin Alışov Ukrayna nümayəndəsi Sergey Karpeniuk ilə üz-üzə gəldi. Bu görüşdə də İlkin Alışov rəqibinə məğlub oldu və XIII Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.
thumb|334x334px|alt=|Cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Əhməddin Rəcəbli və Paralimpiadanın qalibi olmaqla bu turnirdə 2 dəfə qızıl medala sahib olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşən cüdoçu İlham Zəkiyev Sentyabrın 8-də XIII Yay Paralimpiya Oyunlarında Ramin Əliyev (-73 Kq.) və Natiq Novruzzadə (-81 Kq.) mübarizə apardı. Ramin Əliyev 1/8 final mərhələsində Yaponiya cüdoçusu Tahayuhi Kimura ilə üz-üzə gəldi. Həmin görüşdə Ramin Əliyev rəqibi üzərində ipponla qələbə qazandı və 1/4 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə onun rəqibi Çin nümayəndəsi Xu Jilin oldu. Həmin görüşdə Ramin Əliyev rəqibinə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazandığına görə Ramin Əliyev təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Almaniya cüdoçusu Mattias Krieqer oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə rəqibinə məğlub olan Ramin Əliyev, XIII Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.
Natiq Novruzzadə isə 1/8 final mərhələsində İspaniya nümayəndəsi Salvador Qonzalez ilə üz-üzə gəldi. Həmin görüşdə Natiq Novruzzadə rəqibi üzərində ipponla qələbə qazandı və 1/4 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə isə Natiq Novruzzadə Argentina cüdoçusu Yorge Lensina ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazandığına görə Natiq Novruzzadə təsəlliverici qrupda mübarizəni davam etdi. Təsəlliverici qrupun birinci görüşündəcə Natiq Novruzzadə Yaponiya nümayəndəsi Kenji Oqaya məğlub oldu və XIII Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.
Cüdo turnirlərinin son günündə 2004 Afina Paralimpiadasının qalibi İlham Zəkiyev (+100 Kq.), Avropa Çempionatının qalibi Tofiq Məmmədov (-90 Kq.) və Kərim Sərdarov (-100 Kq.) mübarizə apardı. Tofiq Məmmədov 1/8 final mərhələsində Litva cüdoçusu Yonas Stoshus üzərində qələbə qazandı və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Almaniya nümayəndəsi Sebastian Yunh oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Tofiq Məmmədov qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Fransa cüdoçusu Olivier Suqnon de Sevrihourt oldu. Həmin görüşdə Tofiq Məmmədov rəqibi üzərində ipponla qələbə qazandı və final görüşünə vəsiqə qazandı. Qızıl medal uğrunda görüşdə onun rəqibi Rusiya nümayəndəsi Oleq Kretsul oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Tofiq Məmmədov rəqibinə məğlub oldu və XIII Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Təsnifat mərhələsindən azad olan Kərim Sərdarov isə 1/4 final mərhələsində Yaponiya nümayəndəsi Haruha Hirosen üzərində ipponla qələbə qazandı və yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Kuba cüdoçusu Xuan Karlos Kortada oldu. Həmin görüşdə Kərim Sərdarov rəibinə ipponla qalib gəldi və həlledici görüşə vəsiqə qazandı. Final görüşündə Kərim Sərdarov 1996-cı il Atlanta, 2000-ci il Sidney və 2004-cü il Afina Paralimpiadalarının qalibi olan Braziliya nümayəndəsi Antonio Tenorio Silva ilə üz-üzə gəldi. Təcrübəli və titullu rəqibi ilə görüşdə Kərim Sərdarov ipponla məğlub oldu və XIII Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Azərbaycan yığmasının əsas qızıl medal ümidi hesab olunan 2004-cü il Afina Paralimpiadasının qalibi İlham Zəkiyev isə 1/4 final mərhələsində Fransa nümayəndəsi Julien Taurinesi ipponla məğlub etdi və yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Cənubi Koreya cüdoçusu Parh Junq-Min oldu. Həmin görüşdə də İlham Zəkiyev rəqibi üzərində ipponla qələbə qazandı və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Çin nümayəndəsi Vanq Sonq oldu. Həmin görüşdə də İlham Zəkiyev rəqibi üzərində ipponla qələbə qazandı və XIII Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib oldu. Bununla da İlham Zəkiyev 2 dəfə Paralimpiya Oyunlarının qızıl medala sahib olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.