Aslan Əhməd oğlu Aslanov () — Azərbaycanın tanınmış jurnalisti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – Azərtacın İdarə Heyətinin keçmiş sədri. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi (2000), "Tərəqqi" medalı (2005), "Vətənə xidmətə görə" ordeni (2010), "Şöhrət" ordeni (2011), "TÜRKSOY-un 20 illiyi" yubiley medalı (2014), Həsən bəy Zərdabi, "Qızıl qələm", "Ali Media", "MDB-nin yubiley gümüş medalı" mükafatları laureatı.

Həyat və fəaliyyəti Aslan Aslanov 1951-ci il avqustun 18-də Cəbrayıl rayonunda anadan olub. 40 ildən artıqdır ki, mətbuatda çalışır.

1975-ci il — Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1975–1992-ci illər – respublikanın müxtəlif qəzetlərində, o cümlədən "Kommunist" qəzetində işləyib.

1992-ci il — Azərtac-da müxbir kimi işə başlayıb, sonra baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb.

1997-ci il — Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə Azərtac-ın baş direktorunun birinci müavini təyin edilib.

2002-ci ilin oktyabrı — Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə AzərTAc-ın baş direktoru təyin olunub.A. Ə. ASLANOVUN AZƏRBAYCAN DÖVLƏT TELEQRAF AGENTLİYİNİN (AZƏRTAC-ın) BAŞ DİREKTORU TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1993-cü ildən 2002-ci ilədək Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AzərTAc-ın xüsusi müxbiri kimi iştirak edib.

1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2007-ci il dekabrın 12-dən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) büro üzvüdür.

2004-cü ildən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, 2006-cı ildən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının, 2010-cu ildən Rusiya Elmlər Akademiyası Rusiya Fəlsəfə Cəmiyyətinin üzvüdür.

2008-ci ildən Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik edir.TÜRKDİLLİ ÖLKƏLƏRİN XƏBƏR AGENTLİKLƏRİ BİRLİYİ BAŞ MƏCLİSİNİN BAKIDA KEÇİRİLƏN VII İCLASI QURUMA YENİ ÜZVLƏRİN QƏBUL EDİLMƏSİ İLƏ BAŞA ÇATMIŞDIR

2011-ci il iyunundan 2013-cü ilin martınadək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan 14 ölkənin informasiya agentlikləri alyansının – BSANNA-nın prezidenti olmuşdur.

2013-cü ilin sentyabrında OANA-nın vitse-prezidenti seçilib.

2013-cü ildə "Dünya Reytinqi" üzrə Beynəlxalq Ekspert Şurasının üzvü seçilib.

2013-cü ilin noyabrında Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvü seçilib.

2015-ci il martın 10-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvü seçilib.

2016–2019-cu illər üçün Dünya Xəbər Agentlikləri Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti olub.

2012–2018-ci illərdə Nobel mükafatı laureatlarının, beynəlxalq qurumların və bir çox ölkələrin hazırkı və keçmiş rəhbərlərinin, görkəmli elm, təhsil, iqtisadiyyat, mədəniyyət və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun mətbuatla bağlı sessiyalarının rəhbəri olub.Humanitar Forum çərçivəsində "Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiya keçirilib

2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İnformasiya Agentlikləri Birliyinin İcraiyyə Şurasının üzvü seçilib.

2018-ci il martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

2019-cu il noyabrın 8-də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının vitse-prezidenti seçilib.Asiya və Sakit Okean Ölkələrinin Xəbər Agentlikləri Təşkilatında sədrlik Yonhap agentliyinə keçib

19 noyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.A. Ə. Aslanovun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ailəlidir, bir oğlu var.

Mükafatları "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı (2000). "Tərəqqi" medalı (2005). 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (2010). Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni (2011).A. Ə. Aslanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Rusiya Federasiyasının "Dostluq" ordeni (2011). Jurnalistika sahəsində Həsən bəy Zərdabi, "Qızıl qələm" və "Ali Media" mükafatları laureatı. MDB iştirakçısı olan dövlətlərin inteqrasiyasının inkişafına verdiyi töhfəyə görə "MDB-nin yubiley gümüş medalı" (2013). "TÜRKSOY-un 20 illiyi" yubiley medalı (10 yanvar 2014).Azərbaycanın tanınmış mədəniyyət, incəsənət və mətbuat xadimlərinə "TÜRKSOY-un 20 illiyi" yubiley medalı təqdim edilmişdir "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı. Xarici İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Bakı Dövlət Universitetinin 100 illik yubiley medalları. 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2021). "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (2024) Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı (2025) Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025) yubiley medalı

Kitabları "Heydər Əliyev və AzərTAc". Bakı, 2005. "AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol". Bakı, "Şərq-Qərb", 2008, 184 səh. "AzərTAc-90". Bakı, 2011. "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri". Bakı: "Azərnəşr", 2012, 224 səh. Dövlət siyasətinin informasiya təminatı. Bakı, "Şərq-Qərb", 2013, 620 səh. İnformasiya yaradıcılığı: Standartlar və yeni yanaşmalar. Dərslik. Bakı, "Şərq-Qərb", 2016, 200 səh. Media və zamanın çağırışları. Bakı, 2017, 477 səh. Haber oluşturma: Standartlar və yeni yaklaşımlar. Ankara, Bengü Yayınları, 2020, 190 səh. Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. I kitab. Bakı, 2026.

İstinadlar

Xarici keçidlər AZƏRTAC-ın rəsmi saytı Organization of Asia-Pacific News Agencies Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Cəbrayıl rayonunda doğulanlar Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları Kateqoriya:Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəhbərləri Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:SSRİ jurnalistləri