Pirotexnik. Kinoşünas
Həyatı
İxtisasca kinoşünasdır. 2002-2006 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq ixtisası üzrə məzunudur. Müstəqil olaraq pirotexnik kimi çalışır. Hekayə və məqalələri müxtəlif qəzet və jurnallarda çap olunub. Türkiyənin Samanyolu televiziya kanalında hekayəsi əsasında televiziya filmi çəkilib və yayımlanıb. Adobe Premiere CS5, Cinema 4D, Sketchup pro 7, Realflow 5, 3D Real-Time Motion Capture system və s. kompüter proqramlarında işləməyi bacarır.
Məqalələri
Son 10 ildə çəkilmiş Azərbaycan filmləri və ya milyonlarla manatı külə döndərmiş xüsusi dəzgahlar. "Hesabat" jurnalı Çağdaş kinomuzun problemləri və ondan çıxış yolları. "Ulduz" jurnalı Üzeyirlər doğulmasa. "Kredo" qəzeti Yeni dövr yeni mühit bəs yeni Azərbaycan kinosu? "Kino +" qəzeti Hələ də qayıtmayıblar, həyətimiz həyatımız (hekayə). "Kredo" qəzeti
Filmoqrafiya
Sirat körpüsü (film, 2007) İlham və Fərizə (film, 2007) Ayrılıq imiş (film, 2008) 100000 AZN (film, 2009)(tammetrajlı bədii film)(İTV) Fosfor Adam (film, 2009) Sonuncu dərviş (film, 2009) Əzizim Fellini (film, 2010) Mən evə qayıdıram (film, 2014)
Kateqoriya:Publisistlər