Tofiq Heydər oğlu Bəktaşi (-1996 ) — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri namizədi, professor.

Həyatı

Tofiq Bəktaşi 1912-ci ildə Culfa şəhərində anadan olmuşdur. Naxçıvan Pedaqoji Texnikumunu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1933–1954-cü illərdə Naxçıvan şəhər orta məktəblərində, ikillik Müəllimlər İnstitutunda dərs demişdir. 1962-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

1954–1962-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri mexanika kafedrasında baş müəllim, 1962–1980-ci illərdə həmin kafedranın dosenti olmuşdur. 1980-ci ildə professor elmi adını almışdır.Bakı Dövlət Universitetinin professorları. — Bakı, 2014

Elmi fəaliyyəti: diferensial tənliklər nəzəriyyəsi.

1996-cı ildə vəfat edib.

İstinadlar

Kateqoriya:Culfa rayonunda doğulanlar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan riyaziyyatçıları Kateqoriya:Azərbaycan fizikləri Kateqoriya:Professorlar Kateqoriya:Bakı Dövlət Universitetinin professorları Kateqoriya:Ensiklopedikliyi şübhə altında olan alim məqalələri