Bəşir Məmmədov Məmməd oğlu () — azərbaycanlı xanəndə.

Həyatı Azərbaycan klassik xanəndələri ənənələrinin davamçılarından biri. Uşaqlıq illərindən məlahətli səsə və musiqi duyumuna malik olmuşdur.

Respublikamızın ayrı-ayrı rayonlarında tanınmış xanəndələrlə konsertlərdə iştirak etmiş, Azərbaycan milli muğam sənətini təbliğ etmişdir. İfasında xalq mahnıları, muğamlar əsas yer tutmuşdur. Nizami , Füzuli, Nəbati, Vahid və digər klassiklərin qəzəllərini məharətlə ifa etmiş, tamaşaçıların rəğbətini qazanmışdır.

Yaşadığı əsrin əllinci illərində Lənkəran Dövlət Teatrına dəvət olumuş, Məcnun ("Leyli və Məcnun"), Şah İsmayıl ("Şah İsmayıl"), Azançı ("Sevil") və digər rollarda çıxış etmişdir. Xalq mahnıları və muğam ustası kimi Lənkəranda "oxuyan Bəşir" adı ilə tanınmışdır.

Böyük Vətən Müharibəsi iştirakçısı olmuş, "Birinci dərəcəli Vətən müharibəsi" ordeni və müxtəlif medallarla təltif edilmişdir. Uzun illər şəhər ticarətində çalışmışdır.

Ailəsi 3 oğlan, 5 qız atası olmuşdur. Doğulduğu tarixdən ömrünün sonuna qədər Lənkəranda "böyük bazar" deyilən ərazidə yaşamışdır.

Həmçinin bax Azərbaycan musiqisi Muğam

Mənbə Lənkəran: Ensiklopedik Məlumat kitabı. səh. 331. Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:Azərbaycanlı xanəndələr