"Mənim ağ göyərçinim" — 19 yanvar 2013-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrın premyerası keçirilmiş tamaşa. 1990-cı il 20 yanvar hadisələrinin qurbanlarına həsr olunmuş iki pərdəli məhəbbət dramıdır. Birinci pərdə 1 saat 5 dəqiqə, ikinci pərdə isə 50 dəqiqədir.
Məzmun
Tamaşa gənclərin ilk məhəbbətinin tərənnümünə həsr olunub. Bir-birini böyük məhəbbətlə sevən Aqillə Turan ayrılsalar da, daxilən ömürlərinin sonuna qədər bir-birinə sadiq qalırlar. Aqil 20 yanvar hadisələri zamanı həlak olur. Turan isə Aqilin Səidədən olan oğlunun təlim-tərbiyəsi ilə məşğul olur, onun anasını tək qoymur.
Tamaşanın heyəti
Yaradıcı heyət Müəllif: Tamara Vəliyeva Rejissor: Cənnət Səlimova Rejissor assistenti: Nofəl Vəliyev Rəssam: Şota Qlurcidze Musiqi tərtibatı: Vladimir Neverov Rəqslərin quruluşçusu: Vüsal Mehrəliyev Şeirlərin müəllifi: Mirzəağa Mirzəyev
Rollarda Mehriban Hüseynova — Turan (yaşlı) Təhminə Məmmədova — Turan (yaşlı) İlqarə Tosova — Turan (yaşlı) Günel Məmmədova — Turan Asya Atakişiyeva — Turan Elşən Rüstəmov — Aqil Mirzəağa Mirzəyev (MİU-nun tələbəsi – debüt) -Aqil Emin Sevdimalıyev — Bəhruz Eşqin Quliyev — Bəhruz Zülfiyyə Alhüseynova — Səidə Nəsibə Eldarova — Zəhra Kərəm Hadızadə — Qürbət Sona Babayeva — Qadın
Xarici keçidlər Mənim ağ göyərçinim
Kateqoriya:2013-cü ilin tamaşaları