Buz adam () — Marvel Comics tərəfindən yaradılan komiks personajı. Bir mutantdır. İlk dəfə 1963-cü ildə görünmüşdür. Əsas gücü soyuğu idarə edərək buz və qar əmələ gətirməkdir. Daha çox İks-adamlar komandası ilə birlikdə olmuşdur. Əsl adı Robert Luis Dreykdir.

Həyatı Nyu York ştatının Floran Park şəhərində yəhudi ananınIceman #1 (December 1984 və katolik irland atanın ailəsində anadan olmuşdur. Güclərini gənc yaşında ikən soyuqdan titrərkən kəşf etmişdir.

Oxuduğu məktəbin zorbası Rokki Biesi ona və qız dostuna hücum çəkərkən Robert panikaya düşmüş və Rokkini donduraraq güclərini ortaya çıxartmışdır. Onun hərəkətlərindən qorxan xalq Dreyklərin evinə hücum çəkmişdir. Bölgənin şerifi Roberti həbs etmişdi. thumbnail|left|Şon Eşmor "İks-adamlar: Son dirəniş" filmində Buz adam rolunda Bundan sonra Professor X (Çarlz Xavier) Skot Sammersi Bobbinin dalınca göndərmişdir və Bobbi Professor X-in məktəbinə qatılmışdır. Burada o, güclərindən istafədə etməyi öyrənmişdir.

Bir müddət İks-adamlarlə Manitoya və Bəlalı Mutantlar Qardaşlığınaİks-adamlar #4 qarşı döyüşmüşdür. Müxtəlif mutantlarla sevgi münasibəti oldu. Bir dəfə Kiklopsun qardaşı Alekslə birlikdə Lorna Deynə aşiq olmuşdur. Amma sonda Lorna Deyni Aleksə buraxmışdır. İks-adamlardə qalıb döyüşməyə davam etmişdir.

Gücləri Buzadam bədənin iç və xaricinin temperaturunu dəyişdirə, bədənindən soyuq saça bilir. Buzadam ilk dəfə bədənini tam olaraq buza çevirdikdə bədəni qara bənzər maddə ilə örtülmüşdür. Daha sonra özü üzərində çalışaraq bunu buzla əvəz edə bilmişdir.

Varlıqların yaydıqları temperaturu hiss etməyi də bacarır. Beləliklə canlıların yerini müəyyən edə bilir. Havadakı nəmi buza və qara çevirir. Buna şəkil vermək xəyal gücünə bağlıdır. Buzdan çubuqlar və qalxanlar yarada bilər. Suyu bir toxunuşu ilə buza çevirər.

Bədəni buza çevrilərkən yenidən sağalma qabiliyyətinə malik olur.

Film Buz adam indiyə qədər 4 filmdə — "İks-adamlar" (2000), "X2" (2004), "İks-adamlar: Son müqavimət" (2006) və "İks-adamlar: Gələcəyin keçmiş günləri" (2014) filmlərində görünmüşdür. Bütün filmlərdə Buz adam rolunu Şon Eşmor canlandırmışdır.

İstinadlar

Xarici keçidlər Marve.com-da Marvel Verilənlər Bazası UncannyXmen.net Spotlight on Iceman

Kateqoriya:Marvel Comics superqəhrəmanları Kateqoriya:Marvel Comics mutantları Kateqoriya:1963-cü ildə tanıdılan komiks personajları Kateqoriya:Uydurma müəllimlər Kateqoriya:Film personajları Kateqoriya:Marvel Comics əlbəyaxa döyüşçüləri Kateqoriya:Cek Körbi tərəfindən yaradılmış personajlar Kateqoriya:Sten Li tərəfindən yaradılmış personajlar