Ekarma boğazı () — Sakit okeanına daxil olan Ekarma adasını Şioşkotan adasından ayırır. Oxot dənizini Severvina boğazı ilə birləşdirir. Uzunluğu 25 km, ən dar eni isə 8 km təşkil edir. Dərinliyi 900 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Nikonova, Qratovıy, Razvalnıy, Başmaçnıy, Cuprova (Şiaşkotan) və Lyutbıy, Kruqlıy (Ekarma) burunları vardır. Şərq sahillərində çoxlu sualtı və suüstü daşlı qayalıqlar vardır. Şiaşkotan adası yaxınlığında Drobnıy adası və Başmaçıy qayası vardır. Cənub-Şərqdə Zakatnıy buxtası yerləşir. Cuprova və Lyutnıy burnundan boğaz Severqina boğazına keçir. Boğazın sahillərində dərinlik 1 m təşkil edir. Sahillərində yaşayış məntəqələri yoxdur. Saxalin diyarının ərazisinə daxildir. Adını yaxınlığındakı Ekarma adasından götürmüşdür.

Mənbə Topoqrafik xəritə

Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Kuril adaları boğazları Kateqoriya:Avrasiya boğazları Kateqoriya:Oxot dənizinin boğazları Kateqoriya:Şimali Kuril şəhər dairəsinin boğazları