Hatra ( al-Ḥaḍr) — İraqın Ninəvə mühafazası və Cəzirə yaylasında yerləşən qədim şəhər xarabalıqlarıdır. Dairəvi formalı plana malik olan şəhər xarabalıqlarının ümumi sahəsi 500 hektardan çoxdur. Əsası Selevkilər dövründə — e.ə. III–II əsrlərdə qoyulmuş Hatra şəhəri, çiçəklənmə dövrünü Parfiyalıların hakimiyyəti dövründə — b.e. I–II əsrlərində yaşamış, 257-ci ildə isə dağıdılmışdır.Хатра Böyük Sovet Ensiklopediyasında.

Özündə ərəb və yaxın şərq elementləri ilə zəngin Ellinizm və Qədim Roma dövrü memarlığının nadir nümunələrini birləşdirən Hatra şəhəri 1985-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdi.

7 mart 2015-ci ildə Hatra şəhərinin qalıqları İŞİD silahlıları tərəfindən dağıdılmışdır.İŞİD daha bir tarixi şəhəri yer üzündən sildi , oxu.az, İstifadə tarixi:8 mart 2015

Qalereya

İstinadlar

Kateqoriya:İraq abidələri Kateqoriya:İraqdakı ümumdünya irsi Kateqoriya:İŞİD tərəfindən dağıdılmış bina və tikililər Kateqoriya:İraqdakı arxeoloji abidələr Kateqoriya:Məhv olmuş şəhərlər Kateqoriya:Keçmiş paytaxtlar Kateqoriya:Mesopotamiya