thumbnail|Kollecin binası Veyl Kornel Tibb Kolleci ( – WCMC-Q) — Kornel Universitetinin Qətərdəki təhsil şəhərciyində.Lamiyə Əliyeva, Dünya universitetləri: Kornel Universiteti , "Azərbaycan müəllimi" qəzeti, 11.12.2009, № 48.

Kollec 2004-cü ilin sentyabrında açılmışdır. Qətər dövləti ilə Kornel Universitetinin birgə layihəsi olan bu kollec ABŞ hüdudlarından kənarda açılmış ABŞ-yə bağlı olan ilk tibb məktəbidir. Bu layihə Qətərdə akademik proqramların və tibbi xidmətlərin yüksəldilməsi üçün həyata keçirilir.

Kollec Qətər dövləti tərəfindən maliyyələşir və Qətər Fondu məktəbin tikintisinə 750 milyon dollar vəsait ayırmışdır. Kollec memar Arat İsodzaki tərəfindən inşa edilən ikimərtəbəli böyük binada yerləşir.

2004-cü ildən Qətər Fondu Veyl Tibb Kollecinin yerləşdiyi ərazidə xəstəxana tikintisinə başlamışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Dohada təhsil Kateqoriya:2004-cü ildə yarananlar Kateqoriya:Kornell Universiteti Kateqoriya:ABŞ–Qətər münasibətləri Kateqoriya:Dohada səhiyyə