– Yaponiyanın Tokio şəhərinin Mequro rayonunda yerləşən tibbi muzey. Dünyada parazitlərə və parazitologiya elminə həsr olunmuş yeganə muzeydir.
Tarixi Mequro Parazitologiya Muzeyi 1953-cü ildə Satoru Kameqay tərəfindən Tokio şəhərinin Mequro rayonunda yaradılmışdır.
Xüsusiyyətlər Muzeyin birinci mərtəbəsində müxtəlif parazit növlərini göstərən xəritələr və heyvan parazitləri nümayiş etdirilir. İkinci mərtəbə insan parazitlərinə həsr olunmuşdur. Muzeyin kolleksiyasına 45.000-dən çox parazit növü daxildir. Parazit növlərinin 300-dən çoxu formalinlə doldurulmuş şüşə qablarda saxlanılır. Muzeydə 92 yaşlı Satoru Kameqayın bədənində tapılmış parazit də nümayiş etdirilir.
Muzeyin əsas xüsusiyyətlərindən biri dünyanın ən böyük lentşəkilli qurd nümunəsinə (8,8 metr) ev sahibliyi etməsidir. Parazitin ölçüsünü daha rahat başa düşmək üçün yanına eyni uzunluqda ip qoyulub
Muzeyi ildə 70.000-ə yaxın şəxs ziyarət edir və onların yarısından çoxu gənclərdir. Muzeyə tez-tez məktəbli ekskursiyaları təşkil olunur.
Muzey maliyyə cəhətdən çətinliklə üzləşdiyi üçün muzey mağazası açılmışdır. Mağazada parazitlərə həsr olunmuş köynəklər, balıqlarda yaşayan anisakis parazitinin təsviri olan açar halqaları və ad günü açıqcaları satılır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1953-cü ildə yarananlar Kateqoriya:Mequro Kateqoriya:Tokio muzeyləri Kateqoriya:Tibb muzeyləri Kateqoriya:Parazitologiya