"Tutuquşu ilə qadın" (, ) — 1866-cı ildə fransız rəssamı Qüstav Kurbenin yağlı boya texnikası ilə nü üslubunda çəkmiş olduğu rəsm əsəri. Metropoliten muzeyində sərgilənən bu tablonun ölçüləri 129,5 × 195,6 sm-dir..
Tarixi 1863-cü ildə Paris Salonunda sərgilənən Aleksandr Kabanelin "Veneranın doğulması" əsərindən ilhamlanan Qüstav Kurbe onu təkrarlamaq qərarına gəlir.. 1864-cü ildə bu məqsədlə təqdim etdiyi "Venera və Psixeya" tablosu jüri tərəfindən qəbul edilmir. Yalnız iki il sonra "Tutuquşu ilə qadın" əsərini təqdir və münsiflər heyətinin ciddi seçimindən sonra 1866-cı ildə Paris Salonunda sərgilənənmək üçün vəsiqə alır.
Süjeti Tabloda çarpayıda arxası üstə uzanmış, kürən saçları yatağa səpələnmiş çılpaq qadın təsvir edilmişdir. Onun yuxarı qaldırmış olduğu sol əli üzərində hər iki qanadları açıq şəkildə bəzəkli tutuquşu oturmuşdur. Sağ tərəfdə küncdə tutuquşuya məxsus dirək təsvir edilmişdir. Bu tablodakı akademizm üslubundan müasirliyi ilə seçilən əsəri, tənqidçilər müasir çılpaq qadın forması — "əsil canlı fransız qadını" kimi qəbul dirlər. Əsərdə təsvir olunan qadının Qüstav Kurbenin sevimli modelçisi Coanna Hiffernan (Co) olduğu güman edilir..
İstinadlar
Mənbələr
Kateqoriya:Qüstav Kurbenin rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər