Surinam bayrağı — Surinamın Dövlət bayrağı

Surinamın dövlət bayrağı rəsmi olaraq 1975-ci il, noyabr ayının 25-də təsdiqlənib. Bayrağın ölçüsü 2:3 nisbətindədir. Bayraqdakı yaşıl rəng Surinam torpağının məhsuldarlığının; ağ rəng ədalət və azadlığın; qırmızı rəng isə inkişafın rəmzidir. Qızıl ulduz şəkli birlik sayəsində əldə edilə biləcək xoşbəxt gələcəyi tərənnüm edir.

Kateqoriya:Ölkə bayraqları Kateqoriya:Ulduzlu bayraqlar Kateqoriya:Surinam Kateqoriya:25 noyabrda yarananlar Kateqoriya:1975-ci ildə yarananlar