Çili bayrağı — Çilinin Dövlət bayrağı

Çilinin dövlət bayrağı rəsmi olaraq, 18 oktyabr 1817-ci ildə təsdiqlənmişdi. Bayraq Çilinin müstəqilliyi uğrunda vuruşan amerikalı Çarlz Vud tərəfindən hazırlanmışdı. Bayraqdakı mavi rəng səmanın, ağ rəng qarla örtülən And dağlarının, qırmızı rəng isə ölkənin müstəqilliyi uğrunda tökülən qanın rəmzidir. Beşguşəli ulduz uğur və şöhrətə aparan bələdçini tərənnüm edir. Ölçüsü 2:3 nisbətindədir.

Kateqoriya:Ölkə bayraqları Kateqoriya:Ağ, göy və qırmızı bayraqlar Kateqoriya:Çili Kateqoriya:18 oktyabrda yarananlar Kateqoriya:1817-ci ildə yarananlar Kateqoriya:Ulduzlu bayraqlar Kateqoriya:1812-ci ilin bayraqları