Soyuq ov () — Norveç istehsalı olan və rejissor Roar Uthauq tərəfindən çəkilmiş qorxu və triller filmi. 2006-cı ildə premyerası baş tutmuş bu film müasir Norveç qorxu filmləri arasında ən yaxşılarından hesab olunur. Film eləcə də bir sıra ölkələrdə də nümayiş etdirilib.
Məzmun Beş norveçli gənc pasxa tətilini keçirtmək məqsədilə ölkənin şimalındakı dağlara üz tuturlar. Həm tətil həm də xizək sürməyi planlaşdıran gənclərin bu istəyi dostlarından birinin ayağının qırılması ilə yarımçıq qalır. Maşınlarında da uzaq düşən bu gənclər sığınacaq axtarmağa başlayırlar və tərk edilmiş köhnə bir otel tapırlar. Əvvəlcə hər şey qaydasında görünür. Hətta əylənməyə də başlayan gənclər sonradan başlarına gələcəklərdən xəbərsizdirlər. Oteldə bilmədikləri bir adam onları bir-bir pldürməyə başladığında artıq vəziyyət dəyişir. İndi gənclər sağ qalmaq mübarizəsi verməlidirlər.
Rollarda İnqrid Borso Berday / Yannike Rolf Kristian Larsen / Morten Tobias Viktoria Uinq / İnqun Tomas Alf Larsen / Erik Endre Martin Midtstiqen / Mikail Run Melbi / Dağda yaşayan adam Erik Skceqqedal / Dağda yaşayan adamın uşaqlığı Toni Lande / Anası Hallvard Holmen / Atası
İstehsalı Filmin çəkilişləri Norveçin şimalında yerləşən Jotunheimen (Nəhənglərin Evi) dağlarında baş tutub. Helikopterlər 20 tonluq avadanlıqla -25 dərəcə olan dağların başı ilə uçaraq çəkilişləri aparıblar. Filmin çəkilişləri 2 il çəkdi və əlavə olaraq xüsusi effektlər üçün isə 9 ay vaxt sərf edildi.
Qəbulu Film 2007-ci ildə Trondheimdə beynəlxalq Kosmorama Film festivalında Martin Sundland və Maqne Laynqer Ən yaxşı prodüser mükafatlarını qazandılar. kristian Çanninq isə Ən yaxşı bəstəkar mükafatını aldı. 2007-ci ildə Grossmann film and wine festival mərasimində film, "Vicious Cat Award" mükafatına layiq görüldü.
Davamı Filmin 2-ci hissəsi olan Soyuq ov 2: Dirilmə rejissor Mats Stenberg tərəfindən lentə alındı və 2008-ci ildə yayımlandı. Soyuq ov 3 isə 2010-cu ildə nümayiş etdirildi.
Xarici keçidlər Filmin rəsmi saytı
Filmi izlə İstinadlar
Kateqoriya:Qorxu filmləri Kateqoriya:Triller filmləri Kateqoriya:Norveç filmləri Kateqoriya:Norveçcə filmlər Kateqoriya:2006-cı ilin filmləri Kateqoriya:2006-cı ilin qorxu filmləri Kateqoriya:2006-cı ilin triller filmləri Kateqoriya:Norveçin qorxu filmləri Kateqoriya:Norveçin triller filmləri Kateqoriya:Norveçdə çəkilən filmlər