Pərviz Əsəd oğlu Quliyev () — Azərbaycan əməkdar incəsənət xadimi. Kino rəssamı. Fotoqraf-rəssam.

Həyatı Pərviz Quliyev 19 yanvar 1942-ci ildə Bakıda anadan olub. 1961-ci ildən "Azərbaycanfilm" kinostudiyasında laborant, az sonra fotorəssam, usta-fotoqraf kimi çalışıb, 1967-ci ildən foto sexin müdiri vəzifəsində çalışır. Ömrünün 50 ilini kinonun inkişafına sərf edib. 50 il ərzində tanınmış rejissorlarla 40-a yaxın filmin çəklişində iştirak edib. Şəxsi təşəbbüsü ilə kinostudiyada çəkilən fotoşəkillərin və neqativlərin arxivini yaradıb.

Dəfələrlə SSRİ-nin müxtəlif yerlərində keçirilən Azərbaycanın mədəniyyət günlərində fotostendlərin təşkili ilə məşğul olub.

"Mükafatları" 1977-ci ildə kino sahəsində yaxşı işinə görə Pərviz Quliyev SSRİ Nazirlər Kabineti nəzdində Dövlət Kinematoqrafiya Komitəsinin fəxri fərmanı ilə təltif olunub. 1980 – "Kinematoqrafiya əlaçısı" və SSRİ Kinematoqraflar Birliyinin üzvü olub. 1989-cu ildə "Əmək Veteranı" olub. 2008-ci ildə "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı ilə təltif olunub.

Filmoqrafiya Birisigün, gecəyarısı... (film, 1981) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-fotoqraf-rəssam Ata (film, 1988) Fəryad (film, 1993) Hər şey yaxşılığa doğru (film, 1997) Ləqəbi "İKA"dır Buta (film, 2011) Tərsinə çevrilən dünya (film, 2011) Sübhün səfiri (film, 2012)

İstinadlar

Kateqoriya:Azərbaycanlı fotoqraflar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan fotoqrafları Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:XXI əsr fotoqrafları Kateqoriya:XX əsr fotoqrafları