Cabir Qorxmaz oğlu İmanov () — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü, Azərbaycan Respublikasının əməkdar artisti (2015).
Həyatı və fəaliyyəti Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlmişdir. DTX Mədəniyyət mərkəzinin rəisi olub.
1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olmuşdur.
2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
2020-ci ildə "BYJABA Handmade in Azerbaijan" brendini yaratmışdır. Brend xüsüsən əl işlərindən ibarət milli üslubda məhsulların istehsalı və satışı ilə məşğul olur.
29 sentyabr 2025-ci ildə vəfat etmişdir. Aktyor Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirmişdir. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor ürək tutmasından vəfat etmişdir. Yasamal qəbiristanlığında dəfn edilib.
Şəxsi həyatı İki dəfə evlənib, dörd övladı var. İkinci dəfə Zara İmanova ilə evlənib. O, iqtisad elmləri doktoru Qorxmaz İmanovun oğlu, aktyor Tahir İmanovun qardaşı və bəstəkar Süleyman Ələsgərovun nəvəsidir.
Təltif və mükafatları Azərbaycan Respublikasının əməkdar artisti "Tərəqqi" medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi" yubiley medalı "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Azərbaycan Polisinin 95 illiyi" yubiley medalı "Azərbaycan Polisinin 100 illiyi" yubiley medalı "Hərbi xidmətlərə görə" medalı
Filmoqrafiya Etimad telefonu (film, 2001) — Tahir Bir anın həqiqəti (film, 2003) — Əkbər Usubov Məhəllə (film, 2003) — Elşən (Eliş) Məhəllə 2 Moskvada (film, 2004) — Elşən (Eliş) Tam məxfi (film, 2004) — İsrafil Məşədi İbad-94 (film, 2005)—Qoçu Qorxma, mən səninləyəm! 1919 (film, 2013) Bir kəndin sevinci (serial 2012)-serjant Ölülər XXI əsr (film, 2016) Ağanatiq (film, 2017) — Ağanatiq Bəxt üzüyü 2 (film, 2017) Məhəllə 3 (film, 2019) — Elşən (Eliş) Ağanatiq 2 (film, 2020) — Ağanatiq
İstinadlar
Mənbə Münsiflər: Cabir İmanov Qorxmaz oğlu yumorkuboku.az
Xarici keçidlər
Kateqoriya:İmanovlar Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Parni iz Baku Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:Vikipediyanı redaktə edən ensiklopedik şəxslər Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları