Fəxrəddin Günəş () — etnik azərbaycanlı olan Türkiyə xalq musiqisi müğənnisi.

Həyatı Fəxrəddin Günəş 1966-cı ildə Qars ilinin Arpaçay ilçəsinin Qıraç kəndində anadan olmuşdur. O, 1974-cü ildə Almaniyaya köçmüşdür və bu günə kimi orada yaşayır. Günəş 1990-cı ildə Düsseldorfda öz studiyasını amışdır. O, burada iki albom buraxmışdır: "Yandım, Tövbe ettim Sevmeye" (1994) və "Terekeme" (2006). Bu gün də mütəmadi olaraq türk musiqisi ilə çıxış edir.Fahrettin Güneş resmi web sitesi: Biografi

Günəş 2014-cü ildə Türkviziya Mahnı Müsabiqəsində debüt edən Almaniyanı təmsil etmək üçün seçilmişdir. Günəş orada "Sevdiyim" mahnısını ifa etmidir. Onunla birlikdə səhnədə Kölndən olan "NART" rəqs qrupu çıxış etmişdir. Günəş 25 iştirakçı arasında 149 xalla 21-ci yerdə qərarlaşmışdır.

İstinadlar

Xarici keçidlər Youtube-da bax: Fahrettin Güneş — Terekeme Avrupalı Türklerin Televizyonu Kanal Avrupa da misafir olan Fahrettin Güneş

Kateqoriya:Türkiyə müğənniləri Kateqoriya:Türkiyə azərbaycanlıları