PAŞA Holdinq və ya PASHA Holding – sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində çalışan Azərbaycan şirkətlər qrupu 1 noyabr 2006-cı il tarixindən fəaliyyət göstərir.PAŞA Holding, http://www.pasha-holding.az , Giriş tarixi yanvar 2014
PAŞA Holdinq Azərbaycanın ən iri və nüfuzlu biznes qruplarından biridir. 2006-cı ildə yaradılmış bu holdinq geniş fəaliyyət sahələrinə malikdir və əsasən maliyyə, sığorta, daşınmaz əmlak, turizm, tikinti, sənaye və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərir. Şirkətin baş ofisi Bakıda yerləşir.
Əsas fəaliyyət sahələri
Bankçılıq və maliyyə xidmətləri: Holdinqin tərkibinə Azərbaycanın ən iri banklarından olan PAŞA Bank və Kapital Bank daxildir. Sığorta: Paşa Sığorta və PAŞA Həyat Sığorta şirkətləri sığorta xidmətləri təqdim edir. Daşınmaz əmlak və tikinti: Holdinq daşınmaz əmlakın idarə edilməsi və tikinti layihələrində iştirak edir. Turizm: "Paşa Travel" şirkəti vasitəsilə turizm sahəsində də möhkəm mövqeyə sahibdir.
Paşa Holdinq Azərbaycanın iqtisadiyyatında mühüm yer tutur və sosial layihələrdə də aktiv iştirak edir.
Bankçılıq
Kapital Bank Azərbaycan Əmanət Bankı kimi 1874-cü ildə qurulan "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti (Kapital Bank və ya "Kapital Bank" ASC), ölkənin ən iri banklarından biridir.
"Kapital Bank" ASC-nin səhmlərinin 79,56%-i "PAŞA Holding" MMC-yə, 18,31%-i digər şirkətlərə, 2,13%-i isə fiziki şəxslərə aiddir. Bankın səhmdar kapitalı 185 milyon AZN adi səhmlərdən (tam ödənilmiş paylar) və 60 milyon AZN müddətsiz imtiyazlı, qeyri-kumulyativ səhmlərdən ibarətdir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 2021-ci ilin may ayı üçün 102 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Geniş çeşiddə bank xidmətləri göstərən Kapital Bank 4 milyona yaxın fiziki və 25 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi müxtəlif sosial proqramlarda yaxından iştirak edir və iqtisadiyyatın real sektorunun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.
Kapital Bank yerli özəl banklar arasında ən yüksək beynəlxalq reytinqə malik olan banklardan biridir.
PAŞA Bank Azərbaycan "PAŞA Bank" Açıq Səhmdar Cəmiyyəti (PAŞA Bank və ya PAŞA Bank Azərbaycan və ya "PAŞA Bank" ASC) Azərbaycanın aparıcı korporativ banklarından biridir. 2007-ci ildə yaradılmış PAŞA Bank böyük korporasiyalardan kiçik və orta ölçülü müəssisələr və PAŞA Bankın əməkhaqqı kartı sahiblərinədək müştərilərə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini təklif edir. Bank əsasən iqtisadiyyatın qeyri-neft sektorunda, fərdi olaraq kənd təsərrüfatı, nəqliyyat və kommunikasiya, istehsalat, tikinti və ticarət kimi sahələrdə fəaliyyət göstərən şirkətlərə xidmətlər göstərərək Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verir.
"PAŞA Bank" kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankı olmaqla yanaşı, həm də aktivlərinin həcminə görə TOP-3 özəl banklar siyahısına daxildir. 31 dekabr 2020-ci il tarixinə olan məlumata əsasən, Bankın aktivlərinin həcmi 5.5 milyard AZN, kapitalı isə 559 milyon AZN təşkil edir.
PAŞA Bank Gürcüstan "PAŞA Bank Gürcüstan" Açıq Səhmdar Cəmiyyəti (PAŞA Bank Gürcüstan) iri, orta və kiçik ölçülü müəssisələrə korporativ və investisiya bankçılığı xidmətləri təqdim edir.
PAŞA Bank Gürcüstan "PAŞA Holding" MMC-nin tərkibinə daxil olan regional bankı təmsil edir.
PAŞA Bank 2013-cü ildən etibarən Gürcüstanda fəaliyyət göstərir. 31 dekabr 2020-ci il tarixinə bankın ümumi aktivləri 473 milyon GEL təşkil edib.
Gürcüstanda fəaliyyət göstərdiyi qısa müddət ərzində, yüksək keyfiyyətli xidməti və xüsusi işgüzar yanaşması sayəsində bank öz müştəriləri üçün yüksək etibarlı maliyyə təşkilatına və tərəfdaşına çevrilib. PAŞA Bank Gürcüstan müştərilərin maraqlarını korporativ strategiyanın əsası olaraq görür və hər bir müştərinin dayanıqlı inkişafına töhfə verməklə, birlikdə yeni zirvələri fəth etməyi hədəfləyir.
PAŞA Bank Gürcüstan həm yerli, həm də regional səviyyədə yüksək keyfiyyətli xidmət göstərməklə yanaşı, əlavə dəyər verən layihələri maliyyələşdirməklə Gürcüstanın və ümumilikdə regionun iqtisadiyyatının inkişafına töhfə verməyə çalışır. Bank etik, etibarlı və dayanıqlı bir şəkildə işləməyi əsas tutan uzun müddətli fəlsəfəsinə sadiq qalır.
2019-cu ilin avqust ayından etibarən "PAŞA Bank Gürcüstan", sub-brendi olan Re|Bank vasitəsilə riteyl müştərilərə də xidmət göstərir. Bank, gizli ödənişlər olmadan bütün maraqlı tərəflər üçün qazanclı maliyyə həlləri təqdim etməyə çalışır. Re|Bank, insanların bank vərdişlərində dəyişikliklər etmək və gündəlik həyatlarını daha da sevincli etmək niyyətindədir.
PAŞA Bank Türkiyə "PAŞA Yatırım Bankası" A. Ş. (PAŞA Bank Türkiyə), 25 dekabr 1987-ci ildə Yatırım Bank A. Ş adı ilə İstanbulda yaradılıb.
PAŞA Bank Türkiyə korporativ və investisiya bankçılığı olmaqla iki əsas sahədə fəaliyyət göstərir.
2015-ci ilədək Bank müxtəlif qruplar tərəfindən idarə olunub. 2015-ci ilin dekabr ayında səhmlərinin 99,92%-i baş ofisi Bakıda yerləşən regionun maliyyə təşkilatı "PAŞA Bank" ASC-yə ötürülüb. 2019-cu ilin dekabr ayından etibarən Bank səhmdarlarının tərkibi dəyişmiş və səhmlərin 51% "PAŞA Bank" ASC, 49%-i isə "PAŞA Holding" MMC tərəfindən alınıb.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "PAŞA Bank Türkiyə"nin Milli Uzunmüddətli Reytinqini A-(tur) səviyyəsinə yüksəldərək, bankın strategiyasının doğruluğunu təsdiqləyib. "PAŞA Bank Türkiyə", Türkiyədə 2020-ci il ərzində kredit reytinqini artıran yeganə bank olub. "JCR Eurasia Rating", "PAŞA Bank"-ın Korporativ İdarəetmənin Əsasları reytinqini yenidən nəzərdən keçirərək, 9.11-dən 9.20-ə kimi yüksəldib, reytinq üzrə proqnozunu isə "Sabit" olaraq təyin edib.
"PAŞA Bank Türkiyə" fəaliyyətini İstanbulda yerləşən baş ofisindən idarə edir.
PAŞA Bank Türkiyə, Azərbaycan və Gürcüstan arasında ticarətin inkişafına töhfə vermək və regiona investisiya yatıran müəssisələri resurs və təlimatla təmin etmək məqsədilə korporativ və investisiya bankçılığı məhsulları vasitəsilə sahibkarlara xidmət göstərir.
Sığorta
PAŞA Sığorta "PAŞA Sığorta" Açıq Səhmdar Cəmiyyəti (PASHA Sığorta və ya "PAŞA Sığorta" ASC) Azərbaycanın qeyri-həyat sığorta xidmətləri bazarının fəal iştirakçısıdır.
Şirkət 2006-cı ildə təsis olunub. Şirkətin nizamnamə kapitalının həcmi 50 milyon AZN təşkil edir.
2024-cü ilə olan məlumata görə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi şirkət üzrə proqnozunu stabildən müsbətə dəyişib, eyni zamanda, uzunmüddətli emitentin kredit və maliyyə gücü reytinqlərini "BB" olaraq təsdiqləyib.
Şirkət öz fəaliyyətini "ISO 10001:2018 — Keyfiyyət İdarəetmə Sistemləri" beynəlxalq standartının tələblərinə uyğun həyata keçirdiyini bəyan edir.
Hazırda Şirkət 36 icbari və könüllü sığorta növü üzrə 300.000-ə yaxın fiziki və hüquqi şəxsə xidmət göstərir.
Şirkət Azərbaycan Mərkəzi Bankının hər ay üçün açıqladığı kumulyativ "Avto-icbari sığorta üzrə şikayət indeksi"ndə 2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti arasında "ən yüksək şikayət indeksi"nə malik 2 şirkətdən biri olmuş,Avto-icbari sığorta üzrə şikayət indeksi 2024 — Azərbaycan Mərkəzi Bankı 2025-ci ildə 7, 2023-cü ildə isə 9 sığorta şirkəti arasında "aşağı şikayət indeksi" kateqoriyasında, müvafiq olaraq, orta və yüksək yerləri tutmuşdur.Avto-icbari sığorta üzrə şikayət indeksi 2025 — Azərbaycan Mərkəzi BankıAvto-icbari sığorta üzrə şikayət indeksi 2023 — Azərbaycan Mərkəzi Bankı
PAŞA Həyat "PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti (PAŞA Həyat Sığorta və ya "PAŞA Həyat Sığorta" ASC) 24.11.2010-cu il tarixindən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinin dövlət qeydiyyatı əsasında fəaliyyət göstərir.
Şirkət Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Təsis olunduğu zaman "PAŞA Həyat Sığorta" ASC-nin nizamnamə kapitalı 7 milyon AZN təşkil etdiyi halda, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5.75 dəfə artırılaraq, 40.25 milyon AZN-ə çatdırılıb.
PAŞA Həyat ümumi sığorta yığımlarına görə ölkə üzrə sığorta bazarında lider şirkətdir. 31 dekabr 2020-ci il tarixinə olan məlumata əsasən şirkətin ümumi aktivlərinin həcmi 405 mln. AZN təşkil edir.
"PAŞA Həyat Sığorta" ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olmaqla hazırda müştərilərinə Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası sinfinə aid olan bütün növ məhsulları təqdim edir. PAŞA Həyat şirkəti daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim edir, yeni məhsulların yaradılması üzərində çalışır və bununla yanaşı, ölkədə Agile idarəetmə prinsipinə keçid edən ilk həyat sığortası şirkətidir.
Şirkət yeni məhsullarla bütün sığorta istəklərinə və tələblərinə cavab verən diversifikasiyalı bazar yaradır və biznes üçün geniş üfüqlər açır.
"PAŞA Həyat Sığorta" ASC İcbari Sığorta Bürosunun üzvüdür.
Səyahət və Turizm
PAŞA Travel 2003-cü ildən başlayaraq müştərilərinə xidmət göstərən "PAŞA Travel" Məhdud Məsuliyyətli Cəmiyyət ("PAŞA Travel") "PAŞA Holding" MMC-nin tərkibinə daxildir.
"PAŞA Travel" Azərbaycanda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) akkreditasiyasından keçmiş və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) sertifikatını almış çoxprofilli turizm təşkilatıdır. Eyni zamanda Şirkət, Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) və səyahət üzrə dizaynerlər şəbəkəsinin (Traveller Made) üzvüdür.
"PAŞA Travel" geniş şəbəkəsi ilə Azərbaycana biznes və istirahət məqsədilə səyahət edənlərə misilsiz keyfiyyətdə kompleks yanaşma təklif etməklə peşəkar şirkət nüfuzunu qazanıb.
Abşeron Otel Qrup "PAŞA Holding" MMC-nin törəmə şirkəti olan "Abşeron Otel Qrup" Məhdud Məsuliyyətli Cəmiyyət otellərin idarə edilməsi ilə məşğul olan gənc şirkətdir.
2013-cü ildə yaranan və otel biznesi sahəsində strateji oyunçu olmağı hədəfləyən Qrupun ortamüddətli məqsədi dünya səviyyəli otel və kurort portfelinin yaradılması yolu ilə yerli və regional bazarlarda lider mövqelər qazanmaqdır.
Bu portfel Bakı ilə yanaşı, digər şəhərlərdə də orta və lüks kateqoriyalı otel və digər müxtəlif obyektləri əhatə edir.
"Abşeron Otel Qrup" Azərbaycanın paytaxtı Bakıda müvafiq beynəlxalq otel şəbəkəsi şirkətləri tərəfindən idarə edilən 3 lüks otel – "Four Seasons", "JW Marriott Absheron" və The Ritz-Carlton Bakuun sahibidir.
Qrup daxilində fəaliyyət göstərən və onun birbaşa idarəçiliyi altında olan digər otel layihələri bunlardır:
Baku Marriott Hotel Boulevard Sheraton Baku Intourist Courtyard Baku Pik Palace, Shahdag, Autograph Collection Park Chalet, Shahdag, Autograph Collection Bilgah Beach Hotel The Merchant Baku Dinamo Hotel Baku, SLH (Small Luxury Hotels of the World) üzvüdür Allium Bodrum Resort & Spa, Bodrum / Türkiyyə, L. V. X. (Preferred Hotels & Resorts) üzvüdür
Bundan əlavə, Absheron Hotel Group-un Bakı şəhərində və Tiflisdə inşaatı davam edən və yaxın 18 ay ərzində istifadəyə verilməsi planlaşdırılan daha bir aktivi var.
Ticarət
Paşa Malls Mənbə
2008-ci ildə fəaliyyətə başlamış PAŞA Malls ölkənin ilk və ən böyük ticarət mərkəzləri qrupudur. Hazırda şirkət ümumilikdə 7 ticarət və əyləncə mərkəzini idarə edir: bunlardan 6 ticarət mərkəzi Bakı şəhərində, biri isə ölkənin ikinci ən böyük şəhəri olan Gəncə şəhərində yerləşir.
Qrupun portfelinə Bakıda yerləşən ticarət mərkəzi olan – Port Baku Mall; Xəzər dənizinin sahilində terrası olan — Dəniz Mall; Ölkənin ilk müasir ticarət və əyləncə mərkəzlərindən biri — 28 Mall; Ən böyük beynəlxalq və yerli brend miks destinasiyası — Gənclik Mall; Bakının səmaya açılan geniş tavanlı yeganə ticarət mərkəzi — Amburan Mall; Şəhər mərkəzindən kənarda yerləşən, alış-veriş və əyləncə mərkəzi olan — Şüvəlan Park; Ölkənin ikinci böyük şəhəri olan Gəncənin ən böyük müasir ticarət və əyləncə mərkəzi — Gəncə Mall daxildir.