Dəllər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Oruzman kənd inzibati-ərazi dairəsinə daxildir. Coğrafiyası Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 4 km cənub-qərbdə, Maşaver çayının sağ sahilində yerləşir.Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 31
Tarixi Dəllər də türkmənşəli tayfalardan olub, qazaxlarda, başqırdlarda, noqaylarda, qaraqalpaqlarda Tele/Tələ tayfasının adını əks etdirir.
Əhalisi Kənddə 1926-cı ildə 31 ailədə 253 nəfər azərbaycanlı yaşayırdı.
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 313 nəfər (162 nəfəri kişilər, 151 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia . ECMI Working Paper #23. February, 2005
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 402 nəfər əhali yaşayır.დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი
Tanınmışları Ramiz Almazov (d. 11 aprel 1960) — Rusiya Daxili xidmət general-leytenantı.
Təhsil Kənddə ilk dünyəvi məktəb 1923-cü ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 15 şagird təhsil almaqdadır.
İstinadlar
Kateqoriya:Borçalı kəndləri Kateqoriya:Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri