Gəyliyən — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qızılkilsə kənd inzibati-ərazi dairəsinə daxildir.

Coğrafiyası Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 14 km şərqdə, Başkeçid yaylasında yerləşir.Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 32

Əhalisi Kənddə 1870-ci ildə 23 ailədə 154 nəfər, 1926-cı ildə 42 ailədə 305 nəfər azərbaycanlı yaşayırdı.

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 640 nəfər (323 nəfəri kişilər, 317 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia . ECMI Working Paper #23. February, 2005

1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 636 nəfər əhali yaşayır.დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი

Təhsil Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 61 şagird təhsil almaqdadır.

İstinadlar

Həmçinin bax Tomarlı

Kateqoriya:Borçalı kəndləri Kateqoriya:Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri