Məzmun Filmdə Kinq adlı şirin insanlarla dostluğundan danışılır. Şir uşaq çarpayısında yatır, uşaqlarla birgə bir masa arxasında nahar edir, sonra onlar səyahətə çıxırlar, hətta "ov" oyununu oynayırlar. Xəstə şirə iynə vurulması filmin maraqlı epizodlarından biridir.

Filmin finalında biz Kinqi rejissor Eldar Ryazanovun məşhur kinokomediyasında görürük.

Film haqqında Filmdə Berberovlar ailəsi çəkilmişdir. Burada "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" kinofilmindən Kinq adlı şirlə bağlı fraqmentdən istifadə olunmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər Quruluşçu rejissor: Çingiz Rəhimli (Çingiz Rəhimov kimi) Ssenari müəllifi: Çingiz Rəhimli (Çingiz Rəhimov kimi), L.Berberov, N.Berberova Quruluşçu operator: Çingiz Rəhimli (Çingiz Rəhimov kimi) Bəstəkar: Oqtay Rəcəbov Quruluşçu rəssam: Elçin Axundov Səs rejissoru: Bəxtiyar Dehniya Mahnı ifa edən: Flora Kərimova

Xarici keçidlər Filmi izlə Məşhur şirin tarixçəsi — ARAŞDIRMA

Kateqoriya:1974-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı televiziya filmləri Kateqoriya:Macəra filmləri