Məzmun Biri vardı, biri yoxdu... Yox, bu nağıl deyil, əsil həqiqətdir. Acı bir həqiqət! Gözəl xəyallar, puça çıxmış ümidlər, acı peşimançılıq və nakam məhəbbət haqqında bir həqiqət... Bu, Odlar yurdunun oğlu Mikayıl Müşfiqdir. Azərbaycanın xalq şairi Rəsul Rza gənclik dostu, vaxtsız həlak olmuş şair haqqında öz söhbətinə belə başlayır. Gecə qapım döyüldü Görəsən kimdir gələn? - Kimsən? - Mən Açdım qapını Baxdım Baxdım... Müşfiq cəmi 29 il ömür sürsə də, Azərbaycan ədəbiyyatında silinməz iz buraxmışdır. O öz yaradıcılığında lirika ilə pafosu incə məhəbbətlə vəhdət şəklində tərənnüm edən qüdrətli bir şair, Şərq şerinin zirvələrinə qalxmış bir sənətkar idi. Müşfiqin xatirəsi əbədi yaşayacaq. Çünki onun şerləri əbədidir.

Müəlliflər filmdə bu barədə şairin həyat və yaradıcılığı, faciəli ölümü haqqında söhbət açırlar.

Festivallar və mükafatlar 1) 1969-cu ildə İrəvanda keçirilən "Prometey-69" zona festivalı Film mövzunun nəcibliyi və ən yaxşı ssenariyə görə iki diplom almışdır.

Film haqqında Film Rəsul Rzanın eyniadlı poeması əsasında çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Nazim Abbas Əsərin müəllifi: Rəsul Rza Ssenari müəllifi: Rəsul Rza Operator: Nəriman Şıxəliyev Bəstəkar: Ruhəngiz Qasımova Səs rejissoru: Ruhəngiz Qasımova

Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Mikayıl Müşfiq haqqında filmlər Kateqoriya:1965-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli televiziya filmləri