Debit – vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazıma quyusu, adi quyu, bulaq və s.) alınan maye və ya qaz həcmi. Mayenin debiti l/san, yaxud m³/san, m³/saat, m³/gün-lə hesablanır. Debit uzun müddət ərzində gələn maye və qaz axınının müntəzəm olmasını xarakterizə edirMəmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s..

Su quyularının məhsuldarlığı xüsusi debitlə (səviyyə 1 m-ə düşənəcən olan Debit) müəyyənləşdirilir. Suyun debiti ölçü qabları, müxtəlif konstruksiyalı su ölçənlər, özüyazan debitoqraf və s. vasitəsilə təyin edilir.

Hidrogeoloji tədqiqatlarda quyunun debiti mühüm göstəricilərdən biri hesab olunur.

İstinadlar

Kateqoriya:Geologiya terminləri Kateqoriya:Neft hasilatı