Telman Nəsirulla oğlu Quliyev () — Qax rayonu icra hakimiyyətinin başçısı (2009–2010).
Həyatı Telman Nəsirulla oğlu Quliyev 23 fevral 1953-cü ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1953-cü ildə anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
Əmək fəaliyyətinə 1970-ci ildə "Şərq qapısı" qəzetində başlamış, 1983-cü ilədək orada korrektor, müxbir və tərcüməçi vəzifələrində işləmişdir. 1984-cü ildən 1996-cı ilədək Naxçıvan Muxtar Respublikası Dövlət Teleradio Verilişləri Komitəsində kiçik redaktor vəzifəsindən baş redaktor vəzifəsinədək yüksəlmişdir.
1996–2005-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin baş referenti kimi çalışmış, 2005–2008-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində Radio verilişləri departamentinin direktoru, 2008–2010-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında müşavir vəzifələrində işləmiş, 2011-ci ildə Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.
1990–1995-ci ilərdə Telman Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 nömrəli Naxçıvan şəhər Xətai seçki dairəsindən bitərəf deputatı olmuş, Azərbayca SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
2009–2010-cu illərdə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Hal-hazırda Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.
Ailəlidir, 3 övladı var.
Təltifləri 1983-cü ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə, 2012-ci ildə "Tərəqqi" medalı, AHİK və Rusiya Federasiyası Həmkarlar Şurasının yubiley medalları və fəxri fərmanları, həmçinin Türkiyə Orman Mühəndisləri Odasının Diplomu ilə mükafatlandırılmışdır.Nağdəli Keştəkli. Mənəvi bağlar. Bakı, "Elm və təhsil", 2025
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qax Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlər