Sıratağlı dini-memarlıq kompleksi, Bazar meydanı və ya Xanəgah kompleksi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan sıratağlı dini-memarlıq kompleksi.

Qız Qalasının şimal tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zamanı maraqlı quruluşa malik sıratağlı abidə aşkar olunmuşdur.

Quruluşu thumb|250px|Bazar meydanında daş qoyun heykəlləri Abidənin hər tərəfdən səki və sütunlu tağlarla əhatə olunması Məscidül-Həramı xatırladır. Aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazidən 52 qəbir aşkar olunmuşdur. Qəbirlərin əksəriyyəti "əmanət meyitlər"dir. Abidə ərazisində və tağlar altında olan qəbirlər yəqin ki, başqa yerdən gətirilən "əmanət meyitlər"ə məxsus olmuşdur. Müsəlman adətlərinə görə bəzi şəxslər öldükdən sonra müqəddəs yerlərdə basdırılmalarını vəsiyyət edirdilər. Nəzərdə tutulmuş müqəddəs yer çox uzaq olduqda meyiti əmanət olaraq yaxın yerlərdə basdırırdılar. Həyətin ortasında, qəbirlərin yanında silindrik formalı bir quyu və ondan bir qədər aralı cənub-şərq tərəfdə səkkizguşəli böyük bir sütun aşkar olunmuşdur. Sütün daşla hörülmüş səkkizguşəli, üç pilləli səki üzərində dayanmışdır. Onun hündürlüyü 1,31 m, qalınlığı isə 48 sm-dir. Tapılan maddi-mədəniyyət abidələri və qəbirlər, buranın müqəddəs ziyarətgah olması barədə arxeoloqların fikirlərinin reallığını bir daha təsdiq edir.

Mənbə

İstinadlar

Xarici keçidlər 1964-cü ildə Qız qalasının şimal tərəfində abadlıq işləri ilə əlaqədar qazıntı… təmir və tərtibat işləri aparılmışdır Qədim Bakıda Sıratağlı dini-memarlıq kompleksi Sabah Qız Qalası, Şirvanşahlar, Sıratağlı dini-memarlıq kompleksi və İçərişəhərdəki digər abidə və muzeylərə giriş pulsuz olacaq

Kateqoriya:İçərişəhər Kateqoriya:Bakı meydanları Kateqoriya:İslam memarlığı Kateqoriya:XIII əsrdə tikilmiş dini binalar Kateqoriya:Azərbaycan mədəniyyəti Kateqoriya:Bakıdakı binalar və tikililər