Təkiyə — İçərişəhərdə Böyük Qala küçəsində yerləşən abidə.

Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Tarixi Bina XIII əsrdə tikilib. 1967-ci ildə təkiyənin ətrafında arxeoloji qazıntılar aparılıb. Təkiyə 1970-ci illərdə bərpa edilib. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra bu binada xalça dükanı fəaliyyət göstərir. Binanın yuxarısında isə “Museum Inn” otelinin terras-restoranı fəaliyyət göstərir.

Haqqında Dərvişlərin ibadət etdiyi yerləş təkyə adlanır. Bina həm dərvişlərin ibadət etdiyi yer kimi həm də məhəllə məscidi kimi fəaliyyət göstərib. Təkiyənin fasadı cənuba – Qız Qalasına baxır. Tək otaqdan ibarət olan təkiyənin qeyri-adi planı, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş ibadət zalı var.

Şəkilləri

Həmçinin bax Cin məscidi Hacı Bani məscidi Qazi Fəzlullah bin Osman məscidi Azərbaycanda mövcud olmuş məscidlərin siyahısı

İstinadlar

Kateqoriya:İçərişəhər Kateqoriya:Bakı məscidləri Kateqoriya:Təkyələr Kateqoriya:XIII əsrdə tamamlanmış tikililər Kateqoriya:Bakının görməli yerləri