Gürcüstan ( – Sakartvelo) — Cənubi Qafqazda dövlət. Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Ölkənin qərbində isə Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir.

Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır. XIX əsrin əvvəlində Rusiyaya birləşdirilib. 1918-ci ildə müstəqillik əldə etsə də, qısa müddətdən sonra RSFSR tərəfindən işğal olundu.

Etimoloji Gürcülər özlərini "kartveli" (gürcü) (tək hal) və "kartvelebi" (gürcülər) (cəm hal), ölkələrini "Sakartvelo" (Gürcüstan / kartvel və ya gürcü diyarı), dillərini "kartuli" (gürcücə, kartvelcə) və ya "kartuli ena" (gürcü dili, kartvel dili) olaraq adlandırır. "Kartvelebi" adlanan qrup isə sadəcə gürcülərin əksəriyyətini deyil, Gürcüstanın digər kartveldilli millətlərini də (bunlara meqrelləri və svanları aid etmək olar) əhatə etməkdədir.

Qonşuları və bölgə xalqları tərəfindən gürcülər fərqli adlarla tanınırlar: azərbaycanlılar "gürcü", "gürcülər", "Gürcüstan", türklər "gürcü", "gürcüler", "Gürcistan", farslar "qorci", "qorciha", "Qorcestan", ermənilər "vratsi", "vratsineri", "Vrastan", ruslar "qruzin", "qruzinı", "Qruziya" ifadələrini istifadə edirlər. İngiliscə isə "Georgian" (corcian), "Georgians" (corcians) və "Georgia" (Corciya) adları istifadə edilir.

Fars dilindən qaynaqlanan "gürcü" sözünün mənşəyi haqqında iki fərqli yanaşma mövcuddur. Bunlardan birincisi qədim yunan və latın mənşəli, "təsərrüfatla əlaqəsi olan" mənasında işlənən "georgos / georgicus" sözündən əmələ gəldiyinə dair teoremdir. Bir başqa yanaşma isə qədim fars dövlətində gürcülərin "Gurcan" və ya "Gurc" olaraq adlandırıldığı və "gürcü", "georgian" kimi adların farsca "gorg" (canavar) sözündən gəldiyi və bu sözdən yaranmış olmasıdır.

Tarix

Tarixöncəsi

Müasir Gürcüstan Paleolit dövründən bəri Homo erectusun məskunlaşma sahəsi olmuşdur. Proto-gürcü tayfaları ilk dəfə e.ə. XII əsrdə yazılı tarix səhnəsinə çıxmışlar.Phoenix: The Peoples of the Hills: Ancient Ararat and Caucasus by Charles Burney, David Marshall Lang, Phoenix Press; New Ed edition (31 dekabr 2001) Şərab istehsalına dair indiyədək tapılan ən qədim qalıqlar 8.000 illik şərab küplərinin aşkar edildiyi Gürcüstanda tapılmışdır. Arxeoloji tapıntılar və antik mənbələr həmçinin göstərir ki, erkən dövlət və siyasi birləşmələr e.ə. VII əsr və daha öncəsinə gedib çıxan yüksək səviyyəli metallurgiya və zərgərlik texnikaları ilə xarakterizə olunur. Erkən metallurgiya Şulaveri-Şomu mədəniyyəti ilə əlaqədar olaraq e.ə. VI minillik ərzində Gürcüstanda başlamışdır.Thomas Stöllner, Irina Gambaschidze (2014) The Gold Mine of Sakdrisi and Earliest Mining and Metallurgy in the Transcausus and the Kura-Valley System

Antik Dövr 200px|thumb|Kolxida və İberiya Krallığı, e.ə. IV–III əsrlər Antik dövr başlıca olaraq qərbdə Kolxida və şərqdə İberiya olmaqla müxtəlif erkən gürcü dövlətlərinin meydana gəlməsinin şahidi oldu. Kolxida, yunan mifologiyasında Apolloniosun əfsanəsi olan Argonavtikada Yason və Argonavtların "Qızıl Dəri"ni axtardığı ölkə idi. Əfsanədəki Qızıl Dərinin bölgədəki çaylardan qızıl tozunu toplamaq üçün qoyun dərisindən istifadə edilməsi üsulundan qaynaqlana biləcəyi düşünülür."Christianity and the Georgian Empire" (early history) Library of Congress, March 1994, webpage:[(http://lcweb2.loc.gov/cgi-bin/query/r?frd/cstdy:@field(DOCID+ge0015) LCweb2-ge0015] .

E.ə. IV əsrdə — kral və aristokratik iyerarxiya altında qurulmuş inkişaf etmiş dövlət təşkilatlanmasının erkən nümunələrindən biri olan İberiya Krallığı quruldu.

Roma Respublikasının bugünkü Gürcüstanı qısamüddətli ələ keçirməsindən sonra bölgə 700 ildən çox müddət ərzində Roma-Fars geosiyasi rəqabəti və müharibəsinin əsas hədəfinə çevrildi.Ronald Qriqor Suni. Armenia, Azerbaijan, and Georgia – "Christianity and the Georgian Empire". DIANE Publishing, 1 aprel 1996, s. 158 Miladdan sonrakı ilk əsrlərdə Mitraizm, paganizm inancları və Zərdüştlük Gürcüstanda geniş yayılan inanclar idi.

200px|thumb|Kral III Mirian, IV əsrdə ölkəni xristianlığa keçirdi. B.e. 337-ci ilində Kral III Mirian xristianlığı dövlət dini elan etdi və ədəbiyyatın, incəsənətin inkişafına böyük təkan verdi, nəticədə vahid gürcü millətinin formalaşmasında əsas rol oynadı.Sketches of Georgian Church History by Theodore Edward Dowling Xristianlığın qəbulu b.e. V əsrinə qədər İberiyada (Şərqi Gürcüstan) ikinci hakim dinə çevrildiyi görünən və geniş tətbiq olunan Zərdüştlüyün yavaş, lakin qəti şəkildə zəifləməsinə səbəb oldu.Dr Stephen H Rapp Jr. The Sasanian World through Georgian Eyes: Caucasia and the Iranian Commonwealth in Late Antique Georgian Literature Ashgate Publishing, Ltd., 28 sentyabr 2014. p 160Ronald Grigor Suny. The Making of the Georgian Nation Indiana University Press, 1994 p 22

Gürcüstanın Orta Əsrlərdə birləşməsi 200px|Uşqulidəki Svanetiya müdafiə qüllələri

580-ci ildə Sasani İmperiyası İberiya Krallığını ləğv etdi və bu vəziyyət Erkən Orta Əsrlərdə krallığın əsas torpaqlarının müxtəlif feodal bölgələrə bölünməsinə səbəb oldu. Roma-İran müharibələri bölgəni xaosa sürüklədi. Həm Fars, həm də Konstantinopol Qafqazdakı müxtəlif döyüşən qrupları dəstəkləyirdi. Bununla belə, Bizans İmperiyası VI əsrin sonuna yaxın Gürcüstan torpaqları üzərində nəzarət qurmağı bacardı və İberiyanı dolayı yolla yerli bir Kuropalat vasitəsilə idarə etdi.

645-ci ildə ərəblər cənub-şərqi Gürcüstanı işğal edərək bölgədə uzunmüddətli bir müsəlman hökmranlığı dövrünü başlatdılar. Bu vəziyyət eyni zamanda Tiflis əmirliyi və Kaxetiya Knyazlığı kimi bir-birindən müstəqillik axtaran müxtəlif feodal dövlətlərin qurulmasına da gətirib çıxardı. Qərbi Gürcüstan, xüsusilə Lazika müharibəsindən sonra əsasən Bizans himayəsi altında qaldı.

200px|sol|Gelati monastırı, bir UNESCO Dünya İrsi Obyekti

Gürcüstanda mərkəzi hökumətin olmaması IX əsrin əvvəllərində Bagrationi sülaləsinin yüksəlişinə şərait yaratdı. Tao-Klarceti bölgəsinin cənub-qərb torpaqlarını birləşdirən Şahzadə I Aşot (813–830), ərəb hakimləri arasındakı daxili çəkişmələrdən istifadə edərək İberiyadakı nüfuzunu genişləndirdi və həm Abbasilər Xilafəti, həm də Bizans İmperiyası tərəfindən İberiyanın Baş Şahzadəsi kimi tanındı. Aşotun nəsli bir-biri ilə rəqabət aparan knyaz nəsilləri yaratsa da, IV Adarnase Gürcüstan torpaqlarının çoxunu (Kaxetiya və Abxaziya istisna olmaqla) birləşdirməyi bacardı və 888-ci ildə İberiya Kralı kimi tac qoyaraq üç əsr əvvəl ləğv edilmiş monarxiyanı yenidən bərpa etdi.

Tao-Klarceti Krallığı Guaramiani və Xosroidlər kimi fərqli İberiya kral sülalələrinin varislərinin kəsilməsi və Abbasilərin öz daxili müharibələri və Bizansla olan münaqişələri Bagrationi sülaləsinin böyük bir şöhrətlə güclənməsinə yol açdı.Suny (1994), s. 29 İberiyanın cənub-qərb bölgəsinə köç etmiş Bagrationi sülaləsinin lideri Böyük Aşot Tao-Klarcetinin başına keçdi və İberiya Knyazlığını 813-cü ildə yenidən qurdu. I Aşotun oğulları və nəvələri üç ayrı qola ayrıldılar. Daimi olaraq həm bir-biri ilə, həm də qonşu dövlətlərlə müharibə apardılar. Sonda Kartli qolu qalib gəldi; 888-ci ildə IV Adarnase 550-ci ildən bəri sönük qalmış kral hakimiyyətini yenidən canlandırdı. İberiya monarxiyasının dirçəlişinə baxmayaraq, qalan gürcü torpaqları ərəb işğalı altında olan Tiflis ilə birlikdə bir-birinə rəqib dövlətlərə bölünmüşdü.

Eqrisi-Abxaziya Krallığı 736-cı ildə Qərbi Gürcüstana Mərvan ibn Məhəmməd liderliyində edilən ərəb istilası I Leon və Lazikalı, İberiyalı müttəfiqləri tərəfindən geri püskürdüldü. I Leon daha sonra Mirianın bacısı ilə evləndi, onun varisi II Leon 770-ci illərdə bu sülalə birliyindən istifadə edərək Lazikanı ələ keçirdi. Ərəb istilaçılarına qarşı qazanılan qələbə və yeni torpaqlar Abxaziya knyazlarına Bizans İmperiyasından daha çox muxtariyyət qazanmaq gücü verdi. Təxminən 778-ci ildə II Leon Xəzərlərin köməyi ilə tam müstəqillik qazandı və Abxaziya Kralı kimi tac qoydu. Dövlət müstəqilliyinin qazanılmasından sonra kilsənin müstəqilliyi əsas problemə çevrildi. IX əsrin əvvəllərində Abxaziya kilsəsi Konstantinopol ilə əlaqələrini kəsdi və Mtsxeta Katolikosluğunun nüfuzunu tanıdı; gürcü dili yazı və mədəniyyət dili kimi yunan dilini əvəz etdi.Alexei Zverev, Ethnic Conflicts in the Caucasus; Graham Smith, Edward A Allworth, Vivien A Law et al., ss. 56–58; Abkhaz by W. Barthold [V. Minorsky] in the Encyclopaedia of Islam; The Georgian-Abkhaz State (summary), by George Anchabadze, in: Paul Garb, Arda Inal-Ipa, Paata Zakareishvili, editors, Aspects of the Georgian-Abkhaz Conflict: Cultural Continuity in the Context of Statebuilding, Volume 5, 26–28 avqust 2000. Abxaziya Krallığı 850 və 950-ci illər arasında ən parlaq dövrünü yaşadı. III Demetre dövründə bir vətəndaş müharibəsi və feodal üsyanları başladı və III Teodos dövründə krallıq tamamilə anarşiyaya sürükləndi. Əsasən ögey atası III Davitin diplomatiyası və fəthləri sayəsində Kral III Baqrat liderliyində Abxaziya Krallığı və şərqi gürcü dövlətlərinin vahid bir gürcü monarxiyası altında birləşməsi ilə daxili çəkişmələr dövrü sona çatdı.

Vahid Gürcüstan Krallığı 200px|sol|Gelati monastırı, bir UNESCO Dünya İrsi Obyekti. 200px|Gürcüstan Krallığı (İmperiyası) hərbi gücünün zirvəsindəykən, 1184-1230

Feodalizmin inkişaf dövrü və ortaq düşmənlərə qarşı mübarizə, müxtəlif gürcü dövlətlərinin eyni inanca sadiqliyi qədər, Gürcüstan feodal monarxiyasının XI əsrdə Bagrationi sülaləsi altında mənəvi və siyasi birliyi üçün böyük əhəmiyyət kəsb edirdi.

Gürcüstan krallığı XII və XIII əsrlərdə gücünün zirvəsinə çatdı. Qurucu Davit (1089–1125) və onun nəvəsi Məlikə Tamaranın (1184–1213) hakimiyyəti arasındakı bu dövr Gürcüstanın Qızıl Dövrü və ya Gürcü İntibahı kimi tanınır. Qərbi Avropadakı bənzərindən əvvəl gələn bu erkən Gürcü İntibahı təsirli hərbi qələbələr, ərazi genişlənməsi və memarlıq, ədəbiyyat, fəlsəfə və elmdəki mədəni intibahla xarakterizə olunur. Gürcüstanın Qızıl Dövrü geridə möhtəşəm kafedrallar, romantik poeziya və ədəbiyyat və daha sonra milli dastan kimi qəbul ediləcək "Pələng dərisi geymiş pəhləvan" epik poemasını miras qoydu.

Davit feodal lordların müxalifətini yatırtdı və xarici işğalçılarla mübarizə aparmaq üçün əlindəki hakimiyyəti mərkəzləşdirdi. 1121-ci ildə Didqori döyüşündə özündən dəfələrlə böyük türk ordularını məğlub etdi və Tiflisi azad etdi. Javakhishvili, Ivane (1982), k'art'veli eris istoria (The History of the Georgian Nation), vol. 2, ss. 184–187. Tbilisi State University Press.

200px|upright|Məlikə Tamara, orta əsr gürcü monarxiyasının "Qızıl Dövrü"nə rəhbərlik etdi. Gürcüstanı təkbaşına idarə edən ilk qadın olaraq "Mepe mepeta" ("Krallar Kralı") titulu ilə anılır.

Gürcüstanın ilk qadın hökmdarı Tamaranın 29 illik səltənəti Gürcüstan tarixinin ən uğurlu dövrü hesab olunur. Tamarayla “krallar kralı” (mepe mepeta) titulu verildi. O, müxalifəti təsirsiz hala gətirməyi bacardı və rəqib dövlətlər Səlcuqlu və Bizansın tənəzzülü ilə uğurlu xarici siyasət yürütdü. Tamara güclü ordusu ilə Qafqazı və bugünkü Azərbaycan, Ermənistan, Türkiyənin şərqi və eyni zamanda şimali İranın böyük bir hissəsini hakimiyyəti altına alan bir imperiya quraraq əcdadlarının uğurları üzərinə yenilərini əlavə etdi. Tamaranın 1213-cü ildə vəfatından sonrakı iyirmi illik dövrdə Monqol istilaları ilə krallıq zəiflədi.