Bolqarıstan (), rəsmi adı Bolqarıstan Respublikası () — Avropa ölkəsi və Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür.
Beş ölkə ilə – şimaldan Rumıniya, qərbdən Serbiya və Şimali Makedoniya, cənubdan Yunanıstan və Türkiyə ilə həmsərhəddir.
Bolqarıstanda yerli idarəetmələr, bölgə, şəhər tipli qəsəbə (district) və bələdiyyələrdir. 1991-ci ildə qurulan şəhər tipli qəsəbələr hələ ki, qurulma mərhələsini tamamlamamışdır.
Hazırda Bolqarıstanda 9 bölgə və 255 bələdiyyə vardır.
Etimologiya XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Bulğarstan (بولغارستان ) adlandırılmışdır.Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909
Demoqrafiya Bolqarıstan Milli Statistika İnstitutunun 31 dekabr 2011-ci ilə olan məlumatına əsasən ölkə əhalisi 7,327,224 nəfərdir .Национален Статистически Институт :6.1.1. Население по области, общини, местоживеене и пол – Данни
Milli tərkib +Bolqarıstan əhalisinin milli tərkibi Etnik qruplar 2001 sa.National, regional and minority languages in Europe. Frankfurt am Main, 2011. İSBN: 9783631603659. Contents: On the minority languages in Bulgaria, page 97–106 Национален съвет за сътрудничество по етническите и интеграционните въпроси :Етнически Малцинствени Общности Национален Статистически Институт :Население към 1. mart 2001 г. по области и етническа група 2011 sa.Национален Статистически Институт: Преброяване на населението и жилищният фонд в Република България 2011 :Население по местоживеене, пол и етническа група Национален Статистически Институт: Преброяване на населението и жилищният фонд в Република България 2011 :Население по местоживеене, възраст и етническа група 1 cəmi7,928,9017,364,570 bolqar6,655,2105,664,624 türk 746,664588,318 qaraçı 370,908325,343 rus 15,5959,978 erməni 10,8326,552 arumın 10,5663,684 makedoniyalı 5,0711,654 qaraqaçan 4,1072,556 yunan 3,4081,379 ukraynalı 2,4891,789 yəhudi 1,3631,162 rumın 1,088891 krım tatarı 1,803* qaqauz 540* digər 16,44919,659* m.g. 86,91553,391
Bolqarlar 2001-ci il siyahıya alınmasına əsasən 8.000.000 nəfər olan Bolqarıstan əhalisinin 83,94%-i (6.655.210 nəfər) öz milli mənsubiyyətini bolqar olaraq göstərmişdir. 2001-ci il siyahıya alması zamanı onlardan 6.622.850 nəfəri ana dilini Bolqar dili olduğunu bildirdi. 6.655.210 nəfər Bolqarın 6.315.938 nəfəri xristianlığa (6.263.536 nəfəri pravoslav, 37.811 nəfəri katolik, 14.591 nəfəri protestant), 131.531 nəfəri islama, 107.741 nəfəri isə digər dinlərə etiqad edir.
Pomaklar 2001-ci il əhali siyahıyaalınmasına əsasən pomaklar etnik anlamda bolqar olaraq siyahıya alınmışdırlar. Saylarının siyahıyaalmaya əsasən 131,531 nəfər olduğu məlum olmuşdur. Ancaq qeyri-rəsmi təxminlərə əsasən siyahıyaalınma zamanı pomaqların sayı təxminən 160,000–240,000 nəfər arasında olmuşdur.Minority Rights Group International: Bulgaria :Bulgarian-speaking Muslims (Pomaks)
Türklər Türk əsilli tayfaların Bolqarıstan Respublikasının ərazisində məskunlaşması tarixi təxminən III əsrin sonu IV əsrin əvvəllərində başlanmış və Osmanlı İmperiyasının Bolqarıstanın ərazisinin fəthinədək davam etmişdir .
2001-ci ildə aparılmış siyahıya almaya əsasən ölkə əhalisinin 9,42%-i (746.664 nəfər) öz etnik mənsubiyyətini Türk olaraq göstərmişdir. Beləliklə bu siyahıya alma zamanı türklərin 720.136 nəfəri ana dilini türkcə, 26.147 nəfəri isə Bolqar dili olaraq göstərmişdir. Dini inanc baxımından isə türklərin 713.024 nəfəri islama (660.003 nəfəri sünni, 53.021 nəfəri qızılbaş), 10.052 nəfəri xristianlığa (5.425 nəfəri provoslav, 2.561 nəfəri katolik, 2.066 nəfəri protestant), 23.588 nəfəri isə digər dinlərə etiqad edirlər.
Qaraçılar 2001-ci il siyahıya alması zamanı 370.908 nəfər öz etnik mənsubiyyətini Qaraçı (bolqarca : Роми) olaraq göstərmişdir. Onların 204.977 nəfəri xristianlığa (180.326 nəfəri pravoslav, 24.651 nəfəri protestant), 103.436 nəfəri islama, 62.495 nəfəri isə digər dinlərə etiqad edir. Siyahıya almaya əsasən Qaraçıların 319.821 nəfəri ana dilini qaraçı dili (bolqarca : майчин език), 26.147 nəfəri bolqar dili, 24.214 nəfəri türkcə, 726 nəfəri isə digər dillər kimi göstərmişdir.
Bölgələrlə bağlı statistik göstəricilər # Bölgənin adı Əhalisi Ərazisi (kv. km)Sıxlıq1Sofiya şəhəri1.220.1961.241.5983.42Burqaz878.14514.659.759.73Varna991.90111.927.883.04Loveç1.048.02515.150.069.05Montana653.28510.622.061.76Plovdiv1.289.99113.625.294.57Ruse835.71310.838.277.88Sofiya1.003.76119.100.452.99Haskovo1.055.01013.897.076.010Cəmi8.976.027110.61880.8
Adın etimologiyası Bolqar xalqının etnonimindən.
Tarix Bolqarıstan beş əsr ərzində Osmanlı imperiyasına daxil olub. Buna baxmayaraq, bütün bu dövr ərzində Bolqarıstanda pravoslav ənənələri güclü olub.
Müasir tarix Birinci Dünya müharibəsində Almaniya imperiyası tərəfində döyüşən Bolqarıstanın vəziyyəti müharibədəki məğlubiyyətdən sonra daha da pisləşdi. 1919-cu ilin əvvəli üçün ölkədəki 300 iri sənaye müəssisəsindən ancaq 74-ü işləyirdi. 1919-cu ilin avqustunda və 1920-ci ilin martında keçirilən seçkilərdə Bolqarıstan Xalq Əkinçilik İttifaqı (BXƏİ) və Bolqarıstan Kommunist partiyası (tesnyaklar) qələbə qazandılar. BXƏİ lideri A. Stanboliyskinin başçılığı ilə hökumət təşkil olundu. Hökumət bir sıra demokratik islahatlar keçirdi. 1922-ci ildə Bolqarıstanda Xalq Anlaşması və Hərbi cəmiyyət kimi faşist təşkilatları meydana gəldi. Onlar 1923-cü ilin iyununda dövlət çevrilişi edərək Stanboliyski hökumətini devirdilər. Onun özü faşistlər tərəfindən vəhşicəsinə öldürüldü. Ölkədə faşist diktaturası yaradıldı. 1931-ci ildə Xalq Məclisinə keçirilən seçkilərdə müxalifətdə olan burjua partiyalarının təşkil etdiyi Xalq bloku qələbə qazandı. Malinovun başçılığı ilə onların nümayəndələrindən ibarət koalisyon hökumət yaradıldı. Hökumətdə əsas rolu vaxtilə faşist çevrilişində iştirak etmiş Demokratik partiya oynayırdı. 1932-ci ildə faşist tipli yeni Nasional-Sosialist Hərəkat partiyası və Zveno təşkilatları meydana gəldi. 1934-cü ilin mayında K. Georgiyevin Zveno qrupu tərəfindən dövlət çevrilişi edildi. 1935-ci ildə təşkil olunmuş yeni dövlət çevrilişi nəticəsində İtaliya kralının qızı ilə evlənmiş çar Boris hakimiyyətə gəldi. Beləliklə, Bolqarıstanda monarxist faşist diktaturası bərqərar oldu. Faşist Almaniyasının və İtalyanın köməyi ilə ölkədə sürətli silahlanma başlandı. İkinci dünya müharibəsindən sonra, Bolqarıstan demək olar ki, yarım əsr Sovet İttifaqının əlaltısına çevrildi. Ölkənin 2004-cü il mart ayında NATO-ya daxil olması Qərb dünyasına inteqrasiya yolunda Bolqarıstanın ən böyük uğuru oldu.
Kommunizmin dağılmasından sonra Bolqarıstanın demokratiya və bazar iqtisadiyyatına keçidi asan olmadı. 90-cı illərin birinci yarısında siyasi qeyri-stabillik və tətillər davam etdi. Öz partiyalarının adını sosialist kimi dəyişdirən kommunistlər yenə də böyük təsirə malik idilər. 90-cı illərin ikinci yarısında isə ölkədə daha çox stabillik, iqtisadi islahatların həyata keçirilməsində inkişafın hiss edilməsi müşahidə olunub. 2001–2005-ci illər arasında baş nazir vəzifəsini keçmiş çar II Simeon tutanda, ölkə iqtisadiyyatını Avropa Birliyi meyarlarına uyğunlaşdırmaq məqsədilə aktiv bazar islahatları keçirdi. Nəticədə, Bolqarıstan inflyasiyanın və həmin vaxta qədər 20 faizə çatan işsizliyin azalması ilə iqtisadi inkişafa nail oldu. Buna baxmayaraq, əhalinin həyat səviyyəsi və gəliri hələ də aşağı olaraq qalır. 2004-cü ildə Bolqarıstan Avropa Birliyinə (AB) namizədlər arasına düşmədi, amma artıq 2005-ci ilin aprel ayında ölkə birliyə daxil olmaq barədə müqavilə imzaladı və 2007-ci il yanvarın 1-dən Avropa Birliyinin tərkibinə daxil olması ilə əlaqədar razılıq əldə etdi.
Siyasət 1. Demokratik Qüvvələr İttifaqı – DQİ (1989) sədr: N. Mixaylova; 2. Bolqarıstan Sosialist Partiyası – BSP (1991) sədr: S. Stanişev; 3. Xalq İttifaqı: Demokratik Partiya və Bolqarıstan Xalq Əkinçi İttifaqı, lider: A. Mozer; 4. Azad Demokrat İttifaqı, lider: S. Sofyaneki.
İnzibati ərazilər 8 vilayətdən ibarətdir. Vilayətlər icmalara bölünür.
Silahlı qüvvələr İllik hərbi xərclər 356 mln. dol. (2002)
İqtisadiyyat İxracat
Maşınqayırma məhsulları, ərzaq məhsulları, çaxır, tütün, yanacaq, xammal, ayaqqabı, dəmir.
İdxal
Enerji daşıyıcıları, avtomobilılər, xalq istehlakı malları.
Dil Bolqar dili.
Din 2001-ci il siyahıya almasının yekunlarına əsasən Bolqarıstanda 96 dini cərəyan qeydə alınmışdır . +MİLLİ STATİSTİKA İNSTİTUTU HESABATI (2001) Dini cərəyanlar Say, 2001 s.a. Say, 2011 s.a.Национален Статистически Институт: Преброяване 2011 окончателни резултати :Население по местоживеене, възраст и вероизповедание ---..Данните са конфиденциални съгласно Чл. 25 от Закона за статистиката Toplam7 928 9017 364 570 Pravoslav xristianlar6 552 7514 374 135 Katolik xristianlar43 81148 945 Protestant xristianlar42 30864 476 Qriqoryan xristianlar6 5001 715Müsəlmanlar913 957546 004 Qızılbaş müsəlmanlar53 02127 407 Digər müsəlmanlar*3 728 Buddistlər1 042* İudaistlər653706 Digər314 858**
Həmçinin bax Bolqarıstan qızılbaşları Bolqarıstanda Yeni il
İstinadlar
Xarici keçidlər 2011 census of Bulgaria Bolqarıstan universitetləri
Kateqoriya:Keçmiş imperiyalar Kateqoriya:NATO üzvü olan ölkələr Kateqoriya:Avropa İttifaqına üzv dövlətlər Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:Respublikalar Kateqoriya:Balkan yarımadası Kateqoriya:Aralıq dənizi İttifaqına üzv dövlətlər Kateqoriya:Balkan yarımadası ölkələri Kateqoriya:1990-cı ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1908-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Unitar respublikalar Kateqoriya:680-ci illərdə yaranmış dövlətlər və ərazilər