Ömər Süleyman () — Misir siyasətçisi, 2 iyul 1936-cı ildə Misirin Kərna şəhərində anadan olub, 29 yanvar 2011-ci ildən Misirin vitse-prezidenti, 1993-cü ildən Misirin Ümumi Kəşfiyyat Xidmətinin ( — аль-Мухабарат) rəisi. General-leytenant.

Həyatı 1954-ci ildə Misir Hərbi Akademiyasına qəbul edilib. Bir müddər Moskvada M.Frunze adına Hərbi akademiyada təhsil alıb. Şimali Yəməndəki vətndaş müharibəsində (1962–70),Black, Ian. "Egypt protests — as they happened " guardian.co.uk Retrieved 0900 PST January 30, 2011. altıgünlük muharibədə (1967) və 1973-cü il Misir-İsrail müharibəsində iştirak edib.Əl-Cəzirə telekanalının saytındakı profil . 1980-cı ilin ortalarında Əyn-Şəms və Qahirə Universitetilərini bitirib.

Kəşfiyyat xidmətində fəaliyyəti 1991-ci ildə Misir hərbi kəşfiyyatına, 1993-cü ildən isə Misir Ümumi Kəşfiyyat Xidmətinə rəhbər təyin edilib. 2000-ci ilin əvvəllərindən İsrail-Fələstin danışıqlarında vasitəçi kimi tanınmağa başlayıb.

29 yanvar 2011-ci ildə Misirdəki xalq etirazları zamanı vitse-prezident təyin edilib. 1981-ci ildən Məhəmməd Hüsnü Mübarək Prezident seçiləndən bu post boş idi..

İstinadlar

Kateqoriya:Misirin dövlət xadimləri Kateqoriya:Misirdə doğulanlar Kateqoriya:Ağciyər xəstəliklərindən vəfat edənlər Kateqoriya:Ürək tutmasından ölənlər