right|thumb|Edvard Cennerın portreti Edward Jenner (17 may 1749 – 26 dekabr 1823) — İngilis alimi, həkim.

Fəaliyyəti 1796-cı ildə Edvard Cenner inək çiçəyinə tutulanların qovuqcuğundan çiçək əleyhinə vaksin kimi istifadə edilməsinin effektli olması haqqında məlumat verilmişdir. İlk dəfə 1779-cu ildə Edvard Cenner çiçəklə xəstə inəyin süd vəzisinin qovuqcuğundan maye götürüb, 8 yaşlı oğlanın əlinə dəri altına yeritmişdir. Peyvənd edildikdən 7 gün sonra oğlanda qoltuq altında ağrılar, yüngül qızdırma və baş ağrısı müşahidə edilmişdi. Sonrakı gün oğlanın şikayətləri olmamışdır. İki həftədən sonra həmin uşağa təbii çiçək yarasından möhtəviyyat heç bir xəstəlik əlamətləri müşahidə edilmədi. Beləlikə, ilk dəfə Cenner tərəfindən yüksək effektə malik vaksin yaradılmışdı. Həmin ildə Londonda çiçək peyvəndi məntəqələri açıldı. Edvard Cenner Londonun fəxri vətəndaşı adı aldı. Rusiyada İmperator I Aleksandrın arvadı II Elizabet bu üsulun əhali arasında geniş tətbiq edilməsi barədə göstəriş vermişdir. Həmin ildə İmperator Napoleon Fransa ordusunda əsgərlər arasından təbii çiçək əleyhinə peyvənd aparılmasını məcbur etmişdir.

İstinadlar

Kateqoriya:Britaniya həkimləri Kateqoriya:Sent-Endryus Universitetinin məzunları Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:İngiltərə ixtiraçıları Kateqoriya:XVIII əsr həkimləri Kateqoriya:XIX əsr həkimləri