Məzmun Bu, bugünkü həyatımızın problemləri haqqında film-düşüncədir. Bu, otuz yaşlı nəsil barədə adi ailə filmidir.

Yaşayışımızda və mənəviyyatımızda gedən əsaslı dəyişikliklər müasirlərimizin daxili aləmində öz izini qoyur, insanları keçdikləri ömür yoluna, əməllərinə yeni gözlə baxmağa səsləyir. Filmdə ailə dramı açılıb göstərilir. Ailə başçısı, memar Teymur (Fərman Abdullayev) pul qazanmaq naminə əsl sənətə göz yumub adi, zövqsüz "ustaya" çevrilir. Arvadı Səbinə (Elina İsmayılova) bu darıxdırıcı birgə yaşayışa dözməyib evdən çıxıb gedir.

Bu mənada kinematoqrafçılarımızın filmdə müraciət etdikləri mövzu onun müəlliflərinin dünyagörüşünü, sənətə yeni münasibətini əks etdirir.

Filmin heyəti

Film üzərində işləyənlər Quruluşçu rejissor: Davud İmanov Ssenari müəllifi: Dinarə Seyidova Quruluşçu operator: Ələkbər Muradov Quruluşçu rəssamlar: Mayis Ağabəyov, Rafiq Nəsirov Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Tatyana Kərimova Rejissor: Nazim Məmmədov Operator: Rafiq Kərimov Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov Geyim üzrə rəssam: N. Cəfərova Qrim üzrə rəssam: Q. Qasımova Montaj edənlər: Nataliya Albitskaya, Sevda Abbasova (S. Abbasova) Rejissor assistentləri: Şahirə Kərimova, İlham Salmanov Rəssam assistenti: Elyaz Səfərov Fotoqraf-rəssam: Tofiq Kərimov (T. Kərimov kimi) Rəng quraşdırıcısı: Əminə Cəfərova Musiqi redaktoru: Rauf Əliyev (R. Əliyev kimi) Redaktorlar: Aliyə Əliyeva, L. Kazaçenko Çalır: Rafiq Babayevin İdarəsilə Estrada-Simfonik Orkestr İnzibati qrup : İlqar Əliyev, Tamara Kazaçenko (T. Kazaçenko kimi) Filmin direktoru: Sahib Quluzadə Prodüser: Zəmi Hüseynov

Rollarda Elina İsmayılova — Səbinə Fərman Abdullayev — Teymur Rasim Balayev — Ayaz Yaşar Nuri (Yaşar Nuriyev kimi) — Mağaza müdiri Aleksandr Kşinovloqer — Zelik Səfa Mirzəhəsənov — Çingiz Fidan Nəsirqani — Leyla Çingiz Şərifov — Eldar Elmira Şabanova — Tamara xanım Nailə Zeynalova — Sevil Svetlana Kurlenko — "Veryovka" Zemfira Nərimanova — Gülya Nəsir Sadıqzadə — Ata Kats Olqa Dolinskaya — Ana Kats Şahirə Kərimova — Stella Mayak Kərimov — Erməni Şurik Arif Kərimov — erməni Nəbi Qədirov Zilli Namazov — erməni Nazir Əliyev — Kamal Sahib Quluzadə — sürücü Əhməd Salahov — Teymurun tanışı M. Mirzəyev Ə. Babayev — "Volqa"nın sahibi Kübra Dadaşova — Mağazadakı alıcı Q. Mehdiyeva A. Mehdiyeva N. Sinyavskaya N. Loqvinoviç Gülxar Həsənova — Eldarın anası (titrlərdə yoxdur) Tofiq Tağızadə — pianoçu (titrlərdə yoxdur)

Filmi səsləndirənlər Nəcibə Hüseynova — Səbinə (Elina İsmayılova) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Teymur (Fərman Abdullayev) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Eldarın anası (Gülxar Həsənova) (titrlərdə yoxdur) Nuriyyə Əhmədova — Ədifə (titrlərdə yoxdur)

Sponsor Sumqayıt Şəhəri "Sintezkauçuk" İstehsalat Birliyi

İstinadlar

Mənbə Heykəltəraş xanımına göz dikən dramaturq

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1990-cı ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:1990-cı illərin rus dilli filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri