Gürzallar və ya Gürzalılar — Azərbaycan Respublikasının Goranboy rayonunun Gürzallar kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Gürzallar kəndi dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qazax mahalından köçüb gəlmiş gürzallar nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 126 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Təhsil Afəddin Vəliyev adına Gürzallar kənd orta məktəbi

Həmçinin bax Gürzallar bələdiyyəsi

İstinadlar

Kateqoriya:Goranboy rayonunun kəndləri Kateqoriya:Şaumyan rayonunun kəndləri