Məsud Əli oğlu Vəliyev () — Azərbaycan yazıçısı. Filologiya elmləri doktoru.
Həyatı Məsud Əlioğlu 5 oktyabr 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olmuşdur. Mənşəcə kürddür. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutu ilə başlayıb. 27 yaşında "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu" adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında "Azərbaycan sovet nəsrinin inkişaf yolları" mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb.
1950–1960-cı illərdə Azərbaycan ədəbi tənqidinin aparıcı nümayəndələrindən biri olmuş, həm də görkəmli bir ədəbiyyatşünas kimi də şöhrət qazanmışdır. 1960-cı illərin əvvəllərinə kimi o, yalnız Məsud Vəliyev kimi tanınıb, sonra Məsud Əlioğlu kimi də imzasını məşhurlaşdırıb.
100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Füzuli, M. F. Axundov, N. Vəzirov, S. S. Axundov, Ə. Haqverdiyev, C. Məmmədquluzadə, M. Ə. Sabir, M. Hadi, H. Cavid, Y. V. Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər bu kimi ədiblərin yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli kitabların müəllifidir.
Əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental "Hüseyn Cavid" monoqrafiyasının müəllifidir.
Məsud Əlioğlu cəmi 44 il ömür sürərək, 1973-cü ilin 23 iyun ayında Bakı şəhərində vəfat edib.
Ailəsi O, xalq yazıçısı Əli Vəliyevin oğlu, yazıçı Afaq Məsudun atasıdır.
Xatirəsi 25 sentyabr 2018-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron Akt zalında Məsud Əlioğlunun 90 illik yubileynə həsr edilmiş elmi sessiya keçirilib.
Kitabları C. Məmmədquluzadənin dramaturgiyası. Bakı, Azərnəşr, 1954 S. S. Axundov. Bakı, Azərnəşr, 1956 Məfkurə dostları. Bakı, Azərnəşr, 1961Məsud Əlioğlunun kitabları Rəsul Rza. Bakı, Azərnəşr, 1960 Ədəbiyyatda yeni insan. Bakı, Azərnəşr, 1964 Məslək qardaşları. Bakı, Azərnəşr, 1966 Tənqidçinin düşüncələri. Bakı, Azərnəşr, 1968 Ədəbi fraqmentlər. Bakı, Azərnəşr, 1974 H. Cavidin romantizmi. Bakı, Azərnəşr, 1975 Amal və sənət. Bakı, Yazıçı, 1980 Məhəbbət və qəhrəmanlıq. Bakı, Yazıçı, 1979 Darıxan adamlar (iki cilddə). Bakı, "Elm və təhsil", 2009 Darıxan adamlar (seçilmiş əsərləri). Bakı, "Təhsil", 2018, 792 səh. ISBN 978-9952-518-05-4
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:XX əsr Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan kürdləri