İsgəndərov Məmməd Əbdül oğlu () — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR Nazirlər Sovetinin 6-cı sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Lenin Rayon Komitəsinin birinci katibi.
Həyatı Məmməd İsgəndərov 1915-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlib. Ailədə beş qardaş olublar: Süleyman, Kərim, Səlim, Xanlar və Məmməd. 1919-cu ildə ermənilər kəndə hücum edəndə Süleyman erməni gülləsinə tuş gəlib.
M. İsgəndərov 1929-cu ildə Bakıya gələrək Sabir adına Pedaqoji məktəbə daxil olub və Xanlıq kənd orta məktəbində bir müddət dərs dedikdən sonra 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunda mühəndis-geoloq ixtisasına yiyələnərək, neft mədənlərinin birində işə düzəlib. 1953-cü ildə Bakı ŞPK-nın 1-ci katibi seçilib. 1959-cu ildə Nazirlər Sovetinin sədri təyin olunub. 1961-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri seçilib. İki çağırış (1961–1969-cu illər) ali qanunverici orqana başçılıq edib.
O həm də elm sahəsində böyük nailliyətlər qazanıb. 1956-cı ildə "Neft-mədən geologiyası və neft-qaz yataqlarının işlənməsi" adlı əsərini çap etdirərək geologiya-mineralogiya elmləri doktoru elmi adına layiq görülüb. 1970-ci ildə Dərinlik qazma elmi-tədqiqat İnstitutuna direktor təyin edilib və ömrünün sonuna qədər burada işləyib. 1985-ci ildə, 70 yaşında vəfat edib.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Nazirlər Sovetinin sədrləri Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Lenin Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədrləri Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Sov.İKP-nin Mərkəzi Təftiş Komissiyasının üzvləri Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər