() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Cənubi və Qərbi Avropada, Kiçik Asiyada bitir. Fransadan-Balkana qədər olan ərazilərdə yayılmışdır.
Botaniki xarakteristikası 5–7 m hündürlükdə, boz-yaşıl və ya boz-qonur rəngli sallanan budaqları olan ağac və ya koldur. Cavan budaqları və çiçək zoğları gümüşü tükcüklərlə örtülüdür. Yarpaqları üçər olub, uzunsaplaqlı, yarpaqcıqları uzunsov-ellipsvari və ya tərs- yumurtavaridir, 3–8 sm uzunluqda, 1,5–3 sm enində, yarpaq ayasının üst səthi çılpaq, alt səthi gümüşü, xırda tükcüklüdür. Yarpaqlaması çiçəkləmə ilə eyni vaxta təsadüf edir. Çiçəkləri qızılı-sarı rəngdə olub, 17–25 mm uzunluqda, gümüşü tükcüklərlə örtülmüş saplağa malikdir, uzunluğu 10–20 sm olan salxım çiçək qrupunda yığılmışdır. Kasacığı düzgün olmayan zəngvaridir. Aprel-may aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Paxlası 5–8 sm uzunluqda, 8–9 mm enində, üst tərəfdən gümüşü, tükcüklü, qalın tikişə malik, toxumları qara, avqustda yetişir. Abşeronda kütləvi çiçəkləməsi üçün suvarılmalıdır. Meyvəsi zəhərlidir.
Ekologiyası Torpağa tələbkar deyil. İşıqsevəndir. Şaxtaya davamlıdır, sərt şaxtalarda cavan çətirləri donur, yazda isə bərpa olunur. Küləkdən qorunan sahələrdə əkilir.
Azərbaycanda yayılması Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə yaşıllıqlarda təsadüf olunur.
İstifadəsi Tək əkinlərdə, yol kənarlarında istifadəsi məqsədyönlüdür.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Avropa florası Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:İtaliya florası