() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Qərbi və Şimali Avropanın qarışıq meşələrində, şərqdə isə Karpat dağlarına qədər yayılmışdır. Təbii arealının sərhədləri Alp və Karpat dağlarında əsaəsn dağlıq ərazidə olub, 1000-2500 m hündürlükdə yerləşir. Aşağı sahələrdə küknar və qara şamla qarıçıq bitir.

Botaniki xarakteristikası Bu növ uzunömürlülüyü ilə fərqlənir, 500 və daha çox il yaşayır. Hündürlüyü 35-50 m-ə çatır. Çətiri konusvarı, əyilən budaqlardan ibarətdir. Gövdəsinin diametric 1,6 m, qabığı qonur rəngli və dərin çatlıdır. İynəyarpaqları açıq-yaşıldır, çox zaman mavi təbəqə ilə örtülü olur. Qozaları sentyabrda yetişir, lakin növbəti ilin yazında açılır. Budaqları üfüqi və ya yuxarı qalxan, nazikdir, tez böyüyür. İynəyarpaqları zərif, ensiz-xətvarıdır, uzunluğu 1,5-4,5 sm-ə çatır, rəngi parlaq-yaşıl, payızda isə qızılı-sarı olur, qışda tökülür. Uzunluğu 2,5-4 sm-ə çatan qozaları yumurtavarı-konusvarı, qonur rənglidir. Cavan qozaların toxum qabıqlarının kənarları dalğalı, seyrək tükcüklü, yetişmiş qozalarda hamar, enli-yumur, zəif qabarıq, kürəyində zolaqlı, çılpaqdır. Toxumları yumurtavarıdır. 3-4 mm uzunluqda, qanadları isə 18 mm uzunluqda olur. Kənar qabıqları uzunluğuna görə toxum qabıqlarının 2/3 hissəsinə bərabərdir. İçərisində 40-50 ədəd toxum olur, toxumla çoxalır. Məhsuldar, orta rütubətli, şəffaf torpaqlara tələbkar, işıqsevəndir.

Sahələrin və sənaye ərazilərinin yaşıllaşdırılmasında geniş istifadə olunur. Hər 0,5 m məsafədən canlı hasar kimi əkilir. Qubada, Gəncədə və Bərdədə tək-tək nümunələrinə təsadüf edilir. Qrup və tək əkinlər üçün yararlıdır. Böyümə dövründə üzvi gübrələr verilməlidir.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Avropa florası Kateqoriya:Avstriya florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Fransa florası Kateqoriya:Almaniya florası Kateqoriya:İtaliya florası