Yusifli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.

Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsinin ərazisinə aid edilib.

Tomonimikası Kəndin adı Qarabağda yaşamış Kəbirli elinin Qərvəndli tayfasının Yusifli tirəsinin adındandır. Qərvəndli tayfası Ətyeməzli, Yusifli, Səfilər, Ballılar, Mərəbasanlar və Bozallar tirələrindən ibarət idi.B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri 2005-ci il

İstinadlar

Kateqoriya:Ağdam rayonunun kəndləri