Bəydili — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi Yevlax rayonunun Aşağı Bucaq inzibati ərazi vahidində kənd. Kürsahili düzənlikdədir. Mənşəcə Səlcuq oğuzlarının bəydili tayfasının adını əks etdirir. I Şah Abbas dövründə bəydillilərin bir qismi Kirmana və Şiraza köçürülmüş, hazırda da bu şəhərlərin ətrafında yaşayan, maldarlıq və əkinçiliklə məşğul olan bəydillilər oz adlarını regionun toponimiyasında və Bəqdili familiyasında yaşada bilmişlər. 1933-cu ildə Biləsuvar rayonunun Xırmandalı, Ağdaş rayonunım Havarlı inzibati ərazi vahidlərində də Beydilli yaşayış məntəqələri qeydə alınmışdır"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..
İstinadlar
Kateqoriya:Yevlax rayonunun kəndləri