Yeni Çobankərə (əvvəlki adı: Bünyadabad) — Azərbaycan Respublikasının Yevlax rayonunun Nemətabad inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Mingəçevir qəsəbə Sovetindən Bünyadabad kəndi Səmədabad kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Yevlax rayonunun Səmədabad kənd inzibati ərazi dairəsi tərkibindəki Bünyadabad kəndi Yeni Çobankərə kəndi adlandırılmışdır.

Toponimikası 1926-cı ildən kəndin ərazisində vaxtilə (1918) Ermənistandan qovulmuş bir qrup azərbaycanlı ailə məskunlaşmışdır. Yaşayış məntəqəsi keçmiş inqilabçı Bünyad Sərdarovun (1889-1919) adını daşımışdır. Kənd bir müddət burada təşkil edilmiş Telman adına kolxozun adı ilə Telmankənd də adlanmışdır.

Coğrafiyası və iqlimi Kənd Qarabağ düzündə yerləşir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Yevlax rayonunun kəndləri