Bayandurlu — Azərbaycan Respublikasının Tərtər rayonunun Kəbirli kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 950-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Bayandurlu kəndi Xoruzlu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kəbirli kəndi mərkəz olmaqla, Kəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Oykonim "bayandurlara məxsus yer və Bayandur yaşayış məntəqəsindən köçüb gələnlər" deməkdir. Etnotoponimdir. Bayandurlu kəndi həmçinin türk mənşəli Bayandur tayfasının adını daşıyır. Bayandurlar oğuzların böyük boylarından biridir və tarixi Azərbaycan ərazisində bu tayfanın adı ilə bağlı bir çox yer adları mövcuddur.
Coğrafiyası və iqlimi Kənd Qarabağ düzündə yerləşir.
Əhalisi Əhalisinin sayı 476 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010
İstinadlar
Həmçinin bax
Kateqoriya:Tərtər rayonunun kəndləri