Qaraimanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Balasoltanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Toponimikası Qaraimanlı kəndi Həkəri çayının sahilində dağətəyi ərazidədir. Yerli əhalinin melumatına görə, yaşayış məntəqəsini XVI əsrin sonlannda Qara İman adlı şəxs saldığına görə belə adlanmışdır. Hazırda kəndin şərqindəki qışlaq yeri də Qara İmanlı qışlağı adlanır. 1991-ci ilədək Ermənistanın Vardenis rayonunda Qara İman adlı kənd olmuşdur. Tədqiqatçıların ehtimalına görə, oykonim türkdilli qaraman tayfasının adındandır. Kəndin adı bir müddət Qaramanlı variantında qeydə alınmışdır. Lakin oykonimi qara (torpaq sahəsi) və imanlı (etnonim) komponentlərinin birləşməsi olaraq “imanlı nəslinə məxsus torpaq sahəsi” kimi də izah etmək olar.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Həmçinin bax Qubadlı rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri