Santa-Kruz (), həmçinin Santa-Krus () — ABŞ-nin cənub-qərb sahillərində, Sakit okeanda yerləşən ada. Çannel adalarının şimal qrupuna daxildir və Amerikanın Kaliforniya ştatının Santa-Barbara dairəsinin tərkib hissəsidir. Adanın sahəsi təxminən 250 km² təşkil edir — bununla da o, nəinki Çannel adalarının ən böyüyü, həm də Kaliforniyanın ən böyük adası hesab olunur. Hazırda ada tamamilə Çannel-Aylends Milli Parkının ərazisində yerləşir.
Źródło i licencja
Na podstawie: Wikipedia — Santa-Kruz adası · historia autorów.
Tekst: CC BY-SA 4.0.
Informacja o opracowaniu
Usunięto składnię wiki i szablony; dłuższe teksty skrócono.