Luka Dumançiç (; ) — Xorvatiya futbolçusu, Azərbaycan Premyer Liqası klubu olan "Araz-Naxçıvan"ın mərkəz müdafiəçisi.

Klub karyerası Dumançiç "Kaştel Qomilitsa"da futbolla məşğul olmağa başladı."Dijete" Hajduka koji je lani igrao za klub iz Serie A potpisao za trećeligaša at Germanijak 11 yaşında "Hayduk Split"in gənclər sisteminə keçdi. 19 yaşında klub tərəfindən saxlanılmayan o, 2017/18 mövsümündə İtaliya Seriya D klubu "Albalonqa"ya qoşuldu.

13 iyul 2018-ci ildə o, Seriya B-yə yeni yüksələn "Leççe" ilə 2 illik müqavilə imzaladı.

12 avqust 2018-ci ildə "Leççe"nin heyətində iki İtaliya Kuboku oyununda ehtiyat oyunçular skamyasında meydana çıxdıqdan sonra, o, Seriya C klubu "Yuve Stabiya" ya icarəyə verildi. O, peşəkar Seriya C-də debütünü 24 noyabr 2018-ci ildə Rieti ilə oyunda Juve Stabia heyətində etmişdir. O, oyuna start heyətində başladı və fasilədə əvəzləndi. O, icarə müddətini 3 oyunda başa vurub, bunlardan 2-si əsas heyətdə olub.

O, icarə əsasında "Leççe"yə qayıtdıqdan sonra klub yenidən yüksəldi. 2019/20 Seriya A mövsümündə o, bir neçə dəfə Leççedə ehtiyat oyunçular skamyasında meydana çıxsa da, meydanda heç vaxt görünməyib.

7 yanvar 2020-ci ildə o, yenidən Seriya C klubuna, bu dəfə "Qozzano"ya icarəyə verildi.

2022-ci il sentyabrın sonlarında, hazırda fəaliyyət göstərməyən "İnter Zapreşiç"də bir mövsümlük çıxışdan sonra Dumançiç "Rudeş" ilə müqavilə imzaladı.Registracije 22.09.2022 at the Croatian Football Federation official website

19 iyun 2026-cı ildə "Araz-Naxçıvan"la birillik müqavilə imzalamışdır. Misli Premyer Liqasında I turda "İmişli"yə qarşı 0:0 hesabıyla yekunlaşan ev oyununda debüt etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İndoneziya Liqa 1 futbolçuları Kateqoriya:İtaliya D Seriyası futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:Lukkeze FK futbolçuları Kateqoriya:Leççe FK futbolçuları Kateqoriya:Namo Zaqreb FK futbolçuları Kateqoriya:Xorvatiyanın kişi futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları