İzrael Epşteyn və ya çincə ləqəbi ilə "Aypey" – polyakəsilli Çin jurnalisti. O, Çin Kommunist Partiyasının azsaylı əcnəbi əsilli üzvlərindən biri olmuşdur.

İlk illəri İzrael Epşteyn 20 aprel 2015-ci ildə Varşavada yəhudi ailəsində doğulmuşdur. Həmin dövrdə Polşa Rusiya imperiyasının nəzarəti altında idi. Onun atası qiyam qaldırmaq təşəbbüsünə görə həbs olunmuş, anası isə Sibirə sürgün edilmişdir. Epşteynin atası Birinci Dünya müharibəsinin başlamasından sonra Yaponiyaya göndərilmişdir. Almaniya imperiyası ordusunun Varşavaya yaxınlaşmasından sonra Epşteyn və anası ölkədən qaçaraq Asiyaya getmişdir. O, ailəsi ilə bir neçə yerdə antisemitizmə məruz qalmışdır. Onlar 1920-ci ildə Çinin Tyantszin şəhərində məskunlaşmışlar və Epşteyn burada böyümüşdür.

Karyerası İzrael Epşteyn 15 yaşında olanda Tyantszin şəhərində şəhərində ingiliscə yayımlanan "Peking and Tientsin Times" qəzeti üçün yazılar yazmağa başlamışdır. Çinin Yaponiya tərəfindən işğalı barəsində "United Press" üçün yazılar yazmışdır. 1938-ci ildə Çin Müdafiə Liqasına qoşulmuşdur. 1941-ci ildə yaponlar tərəfindən qoyulduğu konsentrasiya düşərgəsindən qaçmışdır. Onu həbs etmək istəyən yaponları aldatmaq üçün ölümünü saxtalaşdırmışdır.

1944-cü ildə Britaniyaya səfər etmiş, daha sonra ABŞ-yə köçərək burada 5 il yaşamışdır. "Allied Labor News" üçün işləməyə başlamış və baş redaktor olmuşdur. 1947-ci ildə "Çində tamamlanmamış inqilab" adlı kitabını nəşr etdirmişdir.

1951-ci ildə Sun Tsinlin onu Çinə qayıtmağı təklif etmişdir. Epşteyn burada "People's China" jurnalının məsləhətçisi kimi işləmişdir. Sunla birlikdə "China Reconstructs" adlı jurnal qurmuşdur. Jurnal daha sonra "China Today" adlanmışdır. Epşteyn "Mao Tszedunun seçilmiş əsərləri"nin tərcüməsində iştirak etmişdir. 1957-ci ildə Çin vətəndaşı, 1964-cü ildə Çin Kommunist Partiyasının üzvü olmuşdir. 1955, 1965 və 1976-cı illərdə Tibetdə olmuş, bu təcrübələri əsasında 1983-cü ildə "Tibet dəyişdi" adlı kitab nəşr etdirmişdir.

Ölümü və şəxsi həyatı 1934-cü ildə Edit Bihovski Eşteyn ilə evlənmişdir, lakin 1937-ci ildə İkinci Çin-yapon müharibəsinin başlaması səbəbilə ondan boşanmışdır. 1944-cü ildə ikinci həyat yoldaşı Elzi Feyrfaks-Çolmeli ilə evlənmişdir. Onun 1984-cü ildəki ölümündən sonra Huan Huanbi ilə evlənmişdir.

İzrael Epşteyn 26 may 2005-ci ildə Pekində ölmüşdür. Dəfn mərasimi 3 iyun 2005-ci ildə Pekinin Şitszinşan rayonunda yerləşən İnqilabçılar üçün Babaoşan Məzarlığında baş tutmuşdur.

Qeydlər

İstinadlar

Kateqoriya:Polyakəsilli şəxslər Kateqoriya:Yəhudilər