"Ulduz Cup" — Azərbaycanda uşaq futbolunun inkişafı və təbliği məqsədilə təşkil olunan, yerli və xarici klubların aşağı yaş qrupları (əsasən U-12 və U-11) arasında keçirilən beynəlxalq futbol turniri. Turnir "Ulduz" Futbol Akademiyası tərəfindən təşkil edilir və oyunlar əsasən Quba Olimpiya İdman Kompleksində keçirilir.
Məqsədi Turnirin əsas məqsədi azyaşlı futbolçuların beynəlxalq təcrübə qazanması, Azərbaycan futbolunu xaricdə tanıtmaq və ölkədə uşaq futboluna marağı artırmaqdır. Təşkilatçıların və akademiya rəhbərliyinin, o cümlədən Elgiz Kərəmlinin bildirdiyinə görə, əsas hədəflərdən biri ölkə futbolunu Avropada layiqli şəkildə təmsil edə biləcək yeni nəsil idmançılar yetişdirməkdir.
Turnirlər "Ulduz Cup" turniri hər il ənənəvi olaraq təşkil olunur və artıq bir neçə mövsümü geridə qoymuşdur.
I "Ulduz Cup" 2024-cü ildə Qubada təşkil olunmuşdur. İlk turnirdə yerli və xarici komandalar mübarizə aparmışdır. Yarışın yekununda Azərbaycanın "Neftçi" uşaq komandası turnirin çempionu adını qazanmışdır.
2025-ci ildə təşkil olunan II "Ulduz Cup" turnirində gərgin mübarizə şəraitində keçən oyunlar sonunda yarışı təşkil edən meydan sahibləri, "Ulduz" komandası turnirin qalibi olmuşdur. Qələbədən sonra komanda rəhbərliyi bu uğurun kollektiv əməyin nəticəsi olduğunu vurğulamışdır.
III "Ulduz Cup" turnirinə 23 avqust 2026-cı ildə start verilmiş və müxtəlif ölkələrdən gələn akademiyaların iştirakı ilə reallaşdırılmışdır. Yarışda 7 müxtəlif ölkədən 12 komanda mübarizə aparıb. Həlledici final qarşılaşmasında meydan sahibi "Ulduz" Futbol Akademiyası Polşanın "Drukarz" komandası ilə üz-üzə gəlib. Gərgin keçən matçda Polşa təmsilçisi minimum hesablı qələbə qazanaraq turnirin çempionu olub – 1:0. Üçüncü yer uğrunda təsəlli təsəlli oyununda isə "Qarabağ" Özbəkistanın "Paxtakor" klubuna 0:2 hesabı ilə məğlub olaraq yarışı 4-cü pillədə tamamlayıb. Turnirin sonunda qalib və mükafatçılara medallar və fəxri fərmanlar təqdim olunub.
İstinadlar
Kateqoriya:Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:Gənclər futbolu Kateqoriya:Quba