Badenli Marqarita Alis Tira Viktoriya Mariya Luiza Şolastika (; ) — Baden ailə başçısı Baden markqrafı Bertoldun qızı, Yuqoslaviya şahzadəsi.
1932-ci ildə Baden-Vürtemberqdə dünyaya gəldi. Atası Almaniya kansleri Badenli Maksimilyanın oğlu Baden markqrafı Bertold, anası isə Yunanıstan kralı I Georqun nəvəsi Şahzadə Teodoradır. Uşaqlıq və ilk gənclik illəri Salem malikanəsində keçdi. 1948-ci ildə Londona köçdü və burada tibb təhsili aldı. Bu illər ərzində Londonda sürgündə olan Yuqoslaviya kralı I Aleksandrın oğlu Şahzadə Tomislavla tanış oldu. 2 yanvar 1956-cı ildə onların nişanlandığı elan edildi. Cütlüyün toy mərasimi isə 5 iyun 1957-ci ildə Baden-Vürtemberqdə baş tutdu. Cütlüyün 2 övladı doğulsa da, 1981-ci ildə boşandılar.
Nikolay (15 mart 1958-) Yekaterina (28 noyabr 1959-)
Uzun xəstəliyinin ardından 15 yanvar 2013-cü ildə Surreydə vəfat etdi. 24 yanvarda baş tutan mərasimin ardından cənazəsi Badenə göndərildi və 4 gün sonra orada dəfn olundu.
İstinadlar