Cavid Vəlizadə () — Azərbaycanın kanoe üzrə idmançısıdır.
O, 2023–2024-cü illərdə ölkə və beynəlxalq səviyyəli yarışlarda çıxış etmiş, Azərbaycan birinciliyində iki qızıl medal, Qazaxıstanda keçirilən beynəlxalq turnirdə isə bir qızıl, üç gümüş və bir bürünc medal qazanmışdır.
2025-ci ildən Azərbaycanın kanoe üzrə milli komandasının heyətində çıxış edir.
Həyatı Cavid Vəlizadə 20 aprel 2008-ci ildə Mingəçevir şəhərində anadan olub.
Karyerası Cavid Vəlizadənin idman karyerasına dair ilk məlum nəticələr 2023-cü ildən etibarən qeydə alınır. O, yeniyetmələr arasında əvvəlcə ölkədaxili və Mingəçevir Reqatası kimi beynəlxalq yarışlarda nəticələr göstərib, 2024-cü ildə isə Azərbaycan yığmasının beynəlxalq yarışlarda iştirak edən kanoeçilərindən birinə çevrilib.
2024-cü ildə onun nəticələri xüsusilə diqqət çəkib: Azərbaycan birinciliyində iki fərdi qızıl medal, Qazaxıstandakı beynəlxalq turnirdə isə bir qızıl, üç gümüş və bir bürünc medal qazanıb.
2023-cü il – Mingəçevir Reqatası 2023 beynəlxalq turnirində Cavid Vəlizadə 2007– 2008-ci il təvəllüdlü idmançılar arasında C1 500 metr yarışında 3-cü yer tutaraq bürünc medal qazanıb. Yarışda 8 ölkədən 14 komanda iştirak edib. Nəticə etibarilə C1 500 m — 3-cü yeri qazanıb. Bu, onun açıq mənbələrdə təsdiqlənən ilk beynəlxalq nəticələrindən biridir.
2024-cü il 23–24 fevralda keçirilən avarçəkmə üzrə Azərbaycan birinciliyində çox yaxşı nəticələr göstərib. 2024-cü il 23 fevralda C1 500 m — 2008–2009-cu il təvəllüdlülər arasında keçirilən yarışda birinci yerə layiq görülüb. 2024-cü il 24 fevralda C1 200 m — 2008–2009-cu il təvəllüdlülər arasında keçirilən yarışda birinci yerə layiq görülüb. Beləliklə, həmin Azərbaycan birinciliyində o, iki fərdi məsafədə — 500 m və 200 m kanoeda Azərbaycan çempionu olub. Bu nəticələr onun 2024-cü ildə beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən heyətə daxil olmasına da zəmin yaradıb. 2024-cü il 1 – 2 iyun Qazaxıstanın Uralsk şəhərində yarış keçirilib. Turnirdə 5 ölkədən 10-a yaxın komanda iştirak edib. Azərbaycan komandası ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb. Bu yarışlarda o, C2 200 m – birinci yer (qızıl medal), C2 500 m – ikinci yer (gümüş medal), C1 200 m – ikinci yer (gümüş medal), C1 500 m – ikinci yer (gümüş medal), qarışıq komanda — 500 m – üçüncü yer (bürünc medal) olmaqla, toplam 1 qızıl, 3 gümüş, 1 bürünc medal qazanıb. 2024-cü il 19–22 sentyabr tarixlərində Macarıstanın Seqed şəhərində turnir keçirilib. Yarışda 43 ölkədən yeniyetmə və gənc avarçəkənlər iştirak edib. Bu turnirdə Cavid Vəlizadə kaneoda Azərbaycanı təmsil edib. Cavid bu yarışda medal qazana bilməyib, lakin Azərbaycanı beynəlxalq səviyyədə təmsil edib. 2024-cü il 16–18 oktyabr tarixlərində "Mingəçevir Reqatası – 2024" beynəlxalq turnirində o, iki fərdi medal qazanıb. 2008–2009-cu il təvəllüdlü kanoeçilər arasında keçirilən yarışda C1 1000 m – üçüncü yer (bürünc medal), Füzulidə, Aşağı Köndələnçay su anbarında keçirilən ikinci yarış günündə C1 200 m — üçüncü yer (bürünc medal) olaraq nailiyyət qazanıb. 2024-cü il 3–4 sentyabr Mingəçevirdə keçirilən Azərbaycan çempionatının rəsmi texniki nəticələrində Cavid Vəlizadənin adı yenidən birinci yerdədir.
2025-ci ildən etibarən Cavid Vəlizadə artıq Azərbaycanın kanoe üzrə milli komandasının heyətində çıxış edir. 2025-ci ilin III MDB Oyunları ərəfəsində açıqlanan Azərbaycan avarçəkmə heyətində Hüseyn Səmədli ilə Cavid Vəlizadə kanoe növündə göstərilib. Yarışların 5–6 oktyabr 2025-ci ildə Mingəçevirdə, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilməsi planlaşdırılıb.
Həmçinin bax Kanoe Avarçəkmə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası
İstinadlar
Kateqoriya:Avarçəkmə Kateqoriya:Azərbaycanın kişi avarçəkənləri Kateqoriya:Azərbaycanın kişi kanoeçiləri